“BU, ƏLİ KƏRİMLİ DAVASI DEYİL, MİLLƏT DAVASIDIR”

eli_kerimli

İctimaiyyət hakimiyyətin əməlini lənətləyir

Hakimiyyət isə AXCP sədrinə qarşı kampaniyasını davam etdirir

AXCP sədri Əli Kərimlinin evinin qarşısında hakimiyyətin “etiraz aksiyaları” təşkil etməsi cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən etirazla qarşılanıb. Belə həssas məqamda müxalifət liderinə qarşı təxribat sosial şəbəkə istifadəçləri tərəfindən də sərt tənqid edilib və Əli Kərimliyə dəstək ifadə olunub. Bu iyrənc kampaniyada “Yeni Müsavat”ın tutduğu iyrənc mövqe də ikrahla qarşılanıb.

Hakimiyyətin iyrənc kampaniyası dünən də davam edib.

Əli Kərimli ilə bir binada yaşayan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və bacısı oğlu Əbülfəz Allahverdiyev aksiyaya etiraz edərkən saxlanılıblar. DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında Nemət Pənahlının saxlanma səbəbini belə izah edib: “Nemət Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb. Ona rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.

Hökumət ordakı adamlara pul paylayır bu aksiyaya görə”

muxalifetNemət Pənahlı isə azadliq.info-ya baş verənləri belə nəql edib: “3 gündür ki, heç bir əxlaqa, mənəviyyata, məntiqə sığmayan hadisə baş verir. Mənim də yaşadığım binanın qarşısında hökumətin təşkil etdiyi adamlar Əli bəyə etiraz edir. Sanki Qarabağ məsələsində Əli bəy günahkardır. Mənim evimdə iki xəstə var. Iki gün idi ki, birtəhət dözürdüm bunların hərəkətinə. Bu gün nəhayət dedim ki, axı nə istəyirsiz? Məgər Əli Kərimli qoymur sizi Qarabağı almağa? Mənəviyyata sığmayan bu aksiyaya etiraz etdiyim üçün polis tərəfindən saxlanıldım. Rəsmi şəkildə heç nə demədilər, amma yəqin ki, aktlaşdıracaqlar. Bütün bu biabırçılığı özləri təşkil ediblər. Hökumət ordakı adamlara pul paylayır bu aksiyaya görə. Polis isə dirijorluq edir”.

Indisə sosial şəbəkələrdə Əli Kərimliyə qarşı aparılan kampaniya barədə yazılanlara diqqət edək.

Bu, Əli Kərimli davası deyil, millət davasıdır”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli: “Dostlar, AXCP sədri Əli Kərimlinin evinin qarşısında iyrənc və gülünc aksiyalar 9 aprel tarixindən başlayıb. 8 apreldə Əli bəyin yazdığı son status belədir: ”Dostlar, ermənilərin Rusiyanın hesabına torpaqlarımızı işğal etdiyini və işğalda saxladığını hələ də bilməyənlər var? Sizcə son toqquşma zamanı Rusiyanın təzyiqləri olmasaydı işğalçı ermənilərin aqibəti necə olacaqdı? Əgər Rusiya mane olmasaydı, qəhrəman ordumuz bütün işğalçıları qısa müddətdə torpaqlarımızdan çıxara bilməzdimi? Bütün bunlardan sonra Azərbaycanı hansı adla olursa olsun, Rusiyanın imperiya əsarətinə salmaq 20 Yanvar şəhidlərindən başlamış son savaşın şəhidlərinə qədər bütün şəhidlərimizin ruhunu təhqir etməzmi?”. Bunu Azərbaycanın ana müxalifət partiyasının lideri deyirdi! Indi bildinizmi, Əli bəyə qarşı bu aqressiya nədən və kimlərdən qaynaqlanıb?! Rusiaynın Qarabağ riyakarlığı, əslində Qarabağı işğal etməsi və işğalın arxasında durması tam ifşa onunandan sonra həmin Rusiyanın xeyir-duası ilə Azərbaycandakı 5-ci kolon Əli bəyə hücum əmri verdi. Rusiyanın işğalçı siyasətini mətbuatda ifşa etdiyinə görə görkəmli jurnalist Rauf Mirqədirovu tutduranlar indi Əli bəyi hədəf alıb! Bu, AXCP davası deyil, bu, Əli Kərimli davası deyil, bu, millət davasıdır. Azərbaycanın müsətəqilliyi davasıdır, Qarabağın azadlığı davasıdır, milli şərəf davasıdır! Bu, haqq davasıdır! Can verməkdə olan Şər Imperiyası, onun Azərbaycandakı tör-töküntüləri məhv olanadək bu davada varıq!”

Hakimiyyət tör-töküntüləri əgər müxalifət liderindən Qarabağı istəyirsə…”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal: “Hakimiyyət yenə də real müxalifətin ünvanını Azərbaycan Cəmiyyətinə göstərdi…Milli Şura və AXCP-nin qərargahı olmadıgı üçün Hakimiyyətin süfrəsindən yallananları Əli Kərimlinin evinin qarşısına göndərdi. Hakimiyyət tör-töküntüləri əgər müxalifət liderindən Qarabağı istəyirsə onda bizlər də Əli Kərimlidən Qarabağın qaytarılmasını niyə istəməyək?”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı: “Antidünya deyilən bir anlayış var. Hər şey əksinədir: elektron-pozitron, proton-antiproton, hətta neytral hissəcik, neytronun da antineytronu var. Və bunların bir yerdə yaşaması mümkün deyil, dərhal anniqilyasiya baş verir.

Bu iki dünyanın kainatda mövcud ola bildiyi yeganə məkan analoqsuz Azərbaycandir. Hər şey qarışıb bir-birinə. Bilmək olmur dost kimdir düşmən kim – Türkiyə yoxsa Rusiya. Bilmək olmur prezident kimdir Ilham Əliyev yoxsa Əli Kərimli. Kim ordumuza dur əmrini verib? Kim şəhid övladlarımızın qanı hesabına Şuşa yoluna çıxmış ordumuza qayıt deyib? Kimi tutub güllələyək?”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı: “Antidünya deyilən bir anlayış var. Hər şey əksinədir: elektron-pozitron, proton-antiproton, hətta neytral hissəcik, neytronun da antineytronu var. Və bunların bir yerdə yaşaması mümkün deyil, dərhal anniqilyasiya baş verir.

Bu iki dünyanın kainatda mövcud ola bildiyi yeganə məkan analoqsuz Azərbaycandir. Hər şey qarışıb bir-birinə. Bilmək olmur dost kimdir düşmən kim – Türkiyə yoxsa Rusiya. Bilmək olmur prezident kimdir Ilham Əliyev yoxsa Əli Kərimli. Kim ordumuza dur əmrini verib? Kim şəhid övladlarımızın qanı hesabına Şuşa yoluna çıxmış ordumuza qayıt deyib? Kimi tutub güllələyək?”

Milli Şuranın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli: “Atəşkəs elan olunsa da üç gündür ki, Bakı şəhərinin mərkəzində Əli Kərimli yüksəkliyi uğrunda ”ölüm-dirim” mübarizəsi gedir. Üç gündür ki, mənəvi çəhətdən məğlub olan müzdlu dəstələr biri digərini əvəz edir… Məqsəd Əli Kərimlininin evinin qarşısında üç gün dalbadal aksiya təşkil etməklə diqqəti şəhidlərdən və onların gündən- günə artan sayından yayındırmaqdır. Bu gün şəhidlərin sayı artıq 93 nəfərə çatdı… Şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əyir, valideynlərinə, yaxın-uzaq qohumlarına və bütün Azərbaycan xalqına səbr diləyirik. Allah bütün Şəhidlərimizə rəhmət etsin… Başın sağ olsun, Vətən!”

Müsavat başqanının müavini, keçmiş siyasi məhbus Tofiq Yaqublu: “Indi xəbər tutdum ki, Əli Kərimlinin evinin qarşısında YAP-çılar aksiya keçirib. Şiddətlə qınayıram və hər kəsi Əli Kərimlini müdafiə etməyə çağırıram. Onu ancaq və ancaq həqiqəti dediyinə görə, bu rejimə qarşı barışmaz mübarizə apardığına görə vururlar”.

Tanınmış vəkil Namizad Səfərov: “3 gündür ki,YAP-çılar AXCP-nin sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında ”Qarabağ bizimdir,bizim olacaq” şüarları ilə “etiraz aksiyası” keçirir,əslində hakimiyyətin dəstəyi və təşkilatçılığı ilə AR CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulan xuliqanlıqla bağlı cinayət əməli törədirlər. Dünyanın heç bir yerində kimsənın digər vətəndaşın,istər prezident olsun,istər hansı isə nazir və ya sıravi vətəndaşın yaşayış yeri qarşısında etiraz aksiyası keçirməsi hüququ nəzərdə tutulmur. Etiraz aksiyaları hakimiyyət orqanlarının qanunsuz hərəkətlərinə qarşı, özü də meydanlarda, prezident aparatı və digər dövlət orqanları qarşısında keçirilə bilər. Bizim ölkədə vətəndaşların qanunla nəzərdə tutulan hüquq və azadlıqlarının heç birinin reallıqda həyata keçirilməsinə imkan verilmədiyi halda, bir qurup şəxsə Əli Kərimlinin yaşadığı binanın qarşısında 3 gündür ki, ardıcıl olaraq ictimai qaydaları kobud surətdə pozaraq guya etiraz aksiyası adı altında xuliqanlıq hərəkətləri törətmələrinə bilə-bilə imkan yaradılır. Halbuki, həmin binada Əli Kərimlinin ailəsindən başqa 50-yə yaxın ailə yaşayır və onların hər birinin istirahət və rahatlığına da qəsd edilir. Əslində polis orqanları dərhal bu qanunsuz hərəkətlərin qarşısını almalı və oraya toplaşanları cinayət məsuliyyətinə cəlb etməli olduğu halda, bu hərəkətlərə etirazını bildirən vətəndaşlara qarşı güc tətbiq etməkdədir.

YAP-çılar Əli Kərimlidən Qarabağı tələb edirlər.Biz də onları qınayırıq ki, Qarabağın azad edilməsi Əli Kərimlidən yox, Prezident və Ali Baş Komandandan tələb edilə bilər. Bəlkə onları qınamayaq, YAP-çılar Qarabağın qaytarılmasının Ilham Əliyevdən tələb olunmasının mənasızlığını nəhayət ki, başa düşərək bunu etməyə qadir olan insanın ünvanını müəyyənləşdiriblər”.

Bu, dəyərlərdən imtinadır, düşüncə zombiliyidir”

Tanınmış jurnalist, keçmiş siyasi məhbus Əvəz Zeynallı: “Adını çəkib polemika yaratmaq istəmirəm (arzu olunsa yarada da bilərəm). Bu gün ”Yeni Müsavat” qəzetinin məşhur bir yazarının Əli Kərimlidən bəhs edən bir yazısını oxudum. Yazar iddia edir ki, Əli Kərimli ya həbs olunmalı, ya da ölkədən çıxarılmalıdır. Matım-mutum qurudu. Hətta bir ara elə bildim ki, udquna bilmirəm. Tutaq ki, belə yazarlar hələ də var və tutaq ki, bunlar lap elə qeyd olunan qəzetdə də var, tutaq ki, qəzet rəhbərliyi də lap Əli Kərimli ilə savaşdadır, bəs belə yazıları vermək nə deməkdir? Bütün dəyərlərdən imtinadır belə düşüncə tərzi. Məncə, zombilik əslində budur. Düşüncə zombiliyi”.

~ tərəfindən Patriot 12/04/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma