“UKRAYNANI DAYANDIRA BİLMƏYƏCƏKLƏR”

porosenko

Bu barədə Ukrayna Prezident Internet səhifəsində məlumat yerləşdirilib

Aprelin 7-də Ukrayna prezidenti Petro Poroşenko bəyanat verərək bildirib ki, Ukraynanın Avropa Ittifaqı ilə Assosiasiya sazişinin qüvvəyə minməsi ilə bağlı Niderlandda keçirilmiş referendum Avropanın birliyi və Avropa dəyərlərinə qarşı yönəlib.

Poroşenko xatırladıb ki, referendum tövsiyə xarakteri daşıyırdı. O, assosiasiya tərəfdarlarına və Kiyevin Niderlandda təşkil etdiyi təbliğat kampaniyasında iştirak edənlərə dəstək üçün təşəkkürünü bildirib.

“Beləliklə, indi söz Hollandiya hökumərinin, parlamentinin və siyasətçilərinindir. Əminəm ki, strateji mənada bu hadisə Ukraynanın Avropaya doğru yolunda maneə deyil. Məsuliyyətlə bəyan edirəm ki, buna baxmayaraq Ukrayna assosiasiya sazişini həyata keçirməyə davam edəcək, Avropa Ittifaqı ilə dərin və əhatəli azad ticarət zonasının yaradılmasını təmin edəcək. Çünki bu, Ukrayna hökumətinin modernləşməsinə və Ukraynanın müstəqilliyinin möhkəmlənməsinə aparan yoldur.

Biz avrointeqrasiya yolundan dönməyəcəyik. Ukraynanı dayandrmaq mümkün olmayacaq,” deyə prezident vurğulayıb.

Aprelin 6-də Niderlandda Ukraynanın Avropa Birliyi ilə assosiasiyası məsələsi ilə bağlı referendum keçirilib. Ilkin məlumata görə, səs verənlərin 61,1 %-i assosiasiya sazişinin əleyhinə, 38,1 %-i isə leyhinə səs verib.

Səsvermədə seçicilərin 32,2 %-i iştirak edib. Niderlandda seçicilərin 30 %-nin iştirak etdiyi səsvermə baş tutmuş hesab olunur.

Ukraynanın XIN-i referendumun nəticələrinin Hollandiya hökuməti tərəfindən qəbul edilməyəcəyinə ümid ifadə edib.

Ukrayna parlamentinin “Petro Poroşenkonun bloku” fraksiyasından olan deputat, jurnalist Mustafa Nayem səsvermənin nəticələrini Poroşenkoya qarşı oxunmuş hökmə bənzədib.

Niderlandın baş naziri Mark Rutte bildirib ki, əgər referendum baş tutmuş sayılsa, istisna deyil ki, hökumət onun nəticələrini qəbul edəcək.

~ tərəfindən Patriot 10/04/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma