DÖYÜŞLƏR YENİDƏN DAVAM EDİR

artileriya-cebhe

Düşmən silah-sursatını ataraq qaçır

Azərbaycan daha 3 şəhid verdi; Ermənilərin qərargahı dağıdıldı, generalları öldürüldü

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Bubarədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

***

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.  Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

***

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.

Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

***

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı virtualaz.org-a deyib ki, döyüşlər Füzuli, Ağdərə, Xocavənd və Tərtər istiqamətlərində gedir. Onun sözlərinə görə, döyüşlər ağır texnika və artilleriyanın tətbiqi ilə aparılır.

Vaqif Dərgahlı həmçinin qeyd edib ki, erməni tərəfi əks-hücuma keçməyə cəhd edir, Azərbaycan ordusu isə bu həmlələrin qarşısını alır. Azad olunmuş ərazilərdə mövqelərin mühəndis təchizatı üzrə işlər davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi, bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan ordusunun sıralarında çoxsaylı itkilər barədə məlumatını təkzib edib.

***

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.

Ermənilər Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Ötən gecə Tərtərin yaşayış məntəqələri ağır artilleriya qurğularından şiddətli atəşə tutulub. Nəticədə, rayonun Qaraqoyunlu kəndinə bir neçə mərmi düşüb. Kənd sakini Mirzə Rəhimovun yaşadığı evə qrad mərmisi düşərək fərdi yaşayış evini dağıdıb. Hadisə zamanı ev sahibləri əkin sahələrində olduğu üçün xəsarət alan olmayıb.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədr müavini İlqar Musayev “Report”a açıqlamasında bildirib ki, ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Qaraqoyunlu kəndinə ciddi ziyan dəyib: “Kəndin elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz boruları zədələnib. Fərdi yaşayış evlərinə qrad mərmisinin düşməsi nəticəsində bir neçə evdə yanğın baş verib”.

İ.Musayev əlavə edib ki, Tərtərin Qapanlı kəndi də atəşə məruz qalıb və yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.

~ tərəfindən Patriot 05/04/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma