CƏBHƏ XƏTTİNDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR (VİDEO)

cebhe xetti

Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik, hələ də, davam edir

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı:: “Təşviş yoxdur. Silahlı qüvvələrimiz öz mövqelirəndən bir addım da geri çəkilmirlər. Əksinə, ordumuz sərəncamında olan silah və texnika ilə düşmənə layiqli cavab verir. Düşmənə elə güclü zərbələr vurulur ki, onlar mövqelərini qoyub qaçırlar. Hazırda düşmən sıralarında pərakəndəlik, qorxu və təşviş müşahidə olunur. Cavab zərbələri nəticəsində ermənilərin sıralarında ölənlər və yaralıların olduğu istisna edilmir. Cəbhənin müəyyən istiqamətlərində şiddətli döyüşlər gedir”.

Cəbhə xəttində vəziyyətin gərginləşməsindən sonra Xankəndi küçələrində özüyeriyən artilleriya qurğular çıxıb.

Bu barədə Rusiyanın Sputnik agentliyi məlumat yayıb.

Xankəndi küçələrində hərbi texnikanın atəşkəs xəttinə doğru irəliləməsi videokadrlarını təqdim edirik.

Ermənistan ordusunun bir alayı məhv edilib – 50 nəfərin aqibəti məlum deyil

Gecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib. Erməni tərəfinin bir alayı məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli və Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edən şahidlərə istinadən Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər.

~ tərəfindən Patriot 02/04/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma