“TƏHQİR EDƏNLƏR TƏHQİR EDİLMİŞLƏRDİR”

araz elizade - pavlik morozov

“Kişi işinə qarışmasın” – Musiqiçilər deputatı “topa tutdu”

Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin Azərbaycanın dövlət himni ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Belə ki, millət vəkili himnimizin mərsiyə kimi yazıldığını deməsi cəmiyyətdə təhqir kimi qəbul edilib: “Üzeyir Hacıbəyov himnimizi mərsiyyə kimi yazıb. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı musiqişünasların və müğam ifaçılarının fikrini öyrənib.

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi AzNews.az-a açıqlamasında bildirib ki, A.Əlizadə öz sahəsi üzrə danışsa daha yaxşı olar:

“Üzeyir bəy Hacıbəyov onların birincilərindəndir. Üzeyir bəy qədər Azərbaycan xalqına xidmət edən ikinci bir şəxsiyyət yoxdur. O, musiqi dünyasında nələr etməyib? Böyük bəstəkar kimi şərqdə ilk operanın müəllifidir. Azərbaycan himni həm sözlərinə, həm də musiqisinə görə dünyada möhtəşəmliyi ilə seçilir. Hesab edirəm ki, Araz Əlizadənin bu fikri kökündən yalnışdır. Üzeyir bəy bir abidədir, ona heç vaxt toxunmaq olmaz. Yüz illər də bundan sonra o, hər zaman xalqın qəlbində olacaq. Üzeyir bəydən danışmaq üçün gərək onun səviyyəsində olasan. Hər sahədə canı, qanı ilə xidmət edən insanlarımız olub. Heç kim himnə toxuna bilməz, o hər zaman yaşayacaq”.

Əməkdar müəllim, tanınmış xanəndə Qəzənfər Abbasov isə qeyd edib ki, Üzeyir bəy Hacıbəyova quyu qazanlar sonda orada özlərini görür:

“Araz Əlizadə başını Üzeyir bəy Hacıbəyov yaradıcılığına soxmasın. O, nə musiqişünas, nə də musiqidən başı çıxan biridir. Yəqin ki, şeriyyatdan da xəbəri yoxdur. Onun kimi adamlar öz işiylə, ailəsinin, uşağının problemi ilə məşgul olsun. Kişi işinə, yəni Üzeyir bəyin yaradıcılığına başını soxmasın. Musiqişünaslar, bəstəkarlar var, bu məsələni onlar çözə bilərlər. Mərsiyə və digər janrda səslənən nə varsa əsasən muğam lada köklənib. Araz Əlizadə bunu başa düşməz. Başa salmaq lazımdır, musiqini bilməsə çətin başa düşər. 20 il musiqi təhsili alan dərinliyə gedə bilmir, belələri hara gedəcək, nə biləcək? Yeni himn, musiqi, şeir, söz yazıla bilər. Əgər bu himndən gözəl olsa qəbul edərlər. Ancaq köhnəni təhqir etməyə ehtiyac yoxdur. Təhqir edənlər təhqir edilmişlərdir. Üzeyir bəyin yazdığı bütün musiqilər milliliyimizdən kənara çıxa bilməz”.

Bəstəkar Salman Qəmbərov isə vurğulayıb ki, bəzi siyasətşiləri dinləyəndə adamı ağlamaq tutur:

“Kaş problemlərimiz yalnız himnlə bağlı olardı”.

~ tərəfindən Patriot 01/04/2016.

Bir Cavab to ““TƏHQİR EDƏNLƏR TƏHQİR EDİLMİŞLƏRDİR””

  1. Musiqiçilər tamamilə düz buyururlar.Araz Əlizadə siyasətdən bərk tutsun. Milli məclisdə oturub öz işlərini həll etməyi asanlaşdırsın.Üzeyir Hacıbəyov irsinə qarışmasa yaxşı olar.Həqiqətən də onun bu işlərdən başı çıxmamalıdır.Hər bir insan bacardığından yapışmalıdır.Belə olarsa,söz-söhbət də az olar.Yersiz söhbətləri danışmaq xətrinə etmək lazım deyil.
    Hərə öz yorğanından bərk yapışsın.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: