ÖLKƏDƏ TƏLƏBƏ ÜSYANI YETİŞİR

bdu-etiraz

Təhsil haqqına görə universitetdən xaric edilən tələbələr ayağa qalxa bilər

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilirdi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini davam etdirə bilməyib. Bu statistika son 3 ili əhatə edir. Əldə etdiyimiz məlumata görə, bu il vəziyyət daha acınacaqlıdır.

Əgər əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürməklə bu problemi həll edə bilirdilərsə, artıq bu da mümkün deyil. Deməli, təhsil haqqını ödəyə bilmədiyinə görə bu il ali məktəblərdən xaric edilənlər bəlkə də son 3 ildəki qədər olacaq. Qeyd edək ki, hələ qış sessiyasında bir çox universitetlərdə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə imtahana buraxılmırdı. Indi yay sessiyası gəlir və problem daha da dramatikləşib.

Bundan başqa tələbələrin əhəmiyyətli hissəsi təhsil xərclərini ödəmək üçün işləmək məcburiyyətindədirlər. Bu halda da dərslərə yiyələnmək çətinləşir və həmin tələbələr əksər hallarda imtahanları kəsirlə başa vururlar. Nəhayət, imkansızlıq üzündən işləməyə məcbur olan və imtahanları kəsirlə başa vuran bu tələbələr də ali məktəblərdən xaric olunur. Bütün bunlar, xüsusilə təhsil haqqına görə universitetlərdən qovulma tələbələrdə ciddi narazılıq yaradıb. Onların etiraza qalxması an məsələsidir. Məlumata görə, hətta Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi də bununla bağlı ölkə başçısı Ilham Əliyevə xüsusi hesabat təqdim edib. Həmin hesabatda təhsil haqqı probleminin həllinin vacib olduğu vurğulanır. Bu hesabat göstərir ki, dövlət qurumları da vəziyyətin acınacaqlı olmasının fərqindədir. Amma dollarla götürülən kreditlərdə heç bir güzəştə getməyən hökumətin tələbələrin təhsil haqqı məsələsində hansısa güzəştə gedəcəyi inandırıcı görünmür.

~ tərəfindən Patriot 01/04/2016.

Bir Cavab to “ÖLKƏDƏ TƏLƏBƏ ÜSYANI YETİŞİR”

  1. ABŞ dolları ilə götürülən kreditlərin qaytarılması hamını incitdiyi kimi məni də çox narahat edir.Möhkəm bir çətinliklə rastlaşmışdım deyə məcbur olub Ata bankdan 1500 ABŞ dolları məbləğində kredit götürməli oldum.Mən krediti götürəndə dolların Azəri manatına nisbəti 1.05 idi.İndi isə həmin pulun üstünə ən azı 50 % artırıb banka ödəməliyəm.Bundan başqa evimdə iki nəfər təcili müalicə olunası ailə üzvüm var.Bütün bunlardan canımı qurtarmaq üçün SW bankdan kredit götürmək istədim.Uzun müddətdir ki, AZAL rəhbərliyinə müraciət yollayıram,ancaq hələki cavab ala bilməmişəm. Düşündüyüm krediti əldə etmək üçün ölkə başçımıza da müraciət etmişəm,ancaq oradan da cavab ala bilməmişəm.Ölkə başçımızdan cavab ala bilməməyimin günahını məktublar şöbəsində görürəm.Mənə elə gəlir ki,onlar mənim müraciətim barədə heç ölkə başçısına məlumat belə verməyiblər.5000 manat kredit götürüb ATA banka olan borcumu bağlamaq və xəstələrimi də müalicə etdirmək niyyətində idim.Bu baş tutardısa,onda mən təkcə bir banka borcluolacaqdım və işlərim də bir az asanlaşacaqdı.Təəssüflər olsun ki,hələ də bu məsələylə bağlı heç nə həll edə bilmirəm.
    Tələbələrin tətil etmələri məsələsi doğru deyil.Ona görə ki,pullu universitetlər bütün dövlətlərdə var.Ora qəbul olunublarsa,deməli pulu da ödəməlidirlər.Bütün dünyada bu eyni cürdür.Pulu ödəyə bilməyənləri də universitetlərdən xaric edirlər.Onların əvəzlərinə kimsə pul ödəyəsi deyilki?
    Orta məktəbləri bitirmiş bütün uşaqların hamısı oxumalı deyillərki?İş orasındadır ki,savadı olanların bəziləri tam kasıbdırlar,pulu ödəyə bilmirlər. Savadsızların da atalarının pulu var deyə onlar təhsillərini davam etdirirlər.
    Həyat təzadlarla doludur deyə yaşamaq da maraqlıdır.Çətinliklərə sinə gərmək lazımdır.Allah kömək olsun.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma