İLHAM ƏLİYEV CON KERRİ İLƏ GÖRÜŞDÜ

kerri-aliyev

Kerri-Əliyev görüşündə insan haqları söhbəti – rəsmi açıqlama

Hakimiyyətin siyasi məhbusların bir qismini azad etməsi də Vaşinqtonu yumşaltmadı

ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi çərşənbə günü dövlət katibi Kerri və prezident Ilham Əliyevin görüşünün yekunları ilə bağlı mətbuata açıqlama verib.

Məlumatda deyilir ki, Kerri Avropanın enerji təhlükəsizliyində və “Cənub” qaz dəhlizinin reallaşmasında Azərbaycanın rolunu qeyd edib, ölkənin regional ticarət qovşağına çevrilməsi üzrə səyləri dəstəklədiyini bildirib.

Kerri NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasına töhfəsinə və terrorizmə qarşı mübarizədə roluna görə Ilham Əliyevə təşəkkürünü bildirib.

Demokratiya və insan hüquqları məsələlərinə toxunan dövlət katibi “Azərbaycanda atılan son müsbət addımları alqışlayıb və gələcək irəliləyişə doğru səsləyib”.

Tərəflər Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Kerri Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib, sərhəddə və cəbhə xətti boyunca zorakılığın artmasından narahatlığını ifadə edib.

Kerri beynəlxalq hüquq prinsipləri, BMT Xartiyası və Helsinki Yekun Aktı bazasında davamlı sülhə nail olmaq üçün hər iki tərəflə əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyib.

Dövlət Departamentinin Əliyev-Kerri görüşü ilə bağlı bu məlumatından görünür ki, ABŞ üçün insan haqları məsələsi prioritet olaraq qalaraq. Hətta Azərbaycan hakimiyyətinin siyasi məhbusların bir qismini azad etməsi belə Vaşinqtonun bu məsələdəki mövqeyini yumşaltmayıb. Kerrinin Əliyevi “gədəcək irəliləyişə” doğru səsləməsi siyasi məhbusların hamısının azad edilməsi və ölkədə demokratik islahatların həyata keçirilməsi ilə bağlı mesajdır. Bu baş verməyəcəyi təqdirdə Bakı ilə Vaşinqtonun münasibətlərin müsbətə doğru əhəmiyyətli dəyişikliyin olacağı bir qədər inandırıcı görünmür.

~ tərəfindən Patriot 01/04/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma