EMİN HÜSEYNOV: “ABŞ HÖKUMƏTİ BU ŞANSI QAÇIRMAMALIDIR”

Emin-Huseynov

“ABŞ İlham Əliyevə imkan verməməlidir”

Amerikanın nüfuzlu Foreign Policy jurnalında azərbaycanlı mühacir, RATİ-nin keçmiş sədri, hazırda İsveçrədə yaşayan Emin Hüseynovun məqaləsi dərc olunub. Məqalə Azərbaycan prezidenti İlham Əliyevin Nüvə Sammitində iştirak üçün ABŞ-a səfəri ilə bağlıdır.

Azərbaycanın avtoritar prezidenti İlham  Əliyev bu həftə Vaşinqtonda olacaq.  O, ən azı Obamanın diqqətini cəlb etməyə çalışacaq. İlham Əliyevə belə imkan verilməməlidir. ABŞ səfəri öncəsi İlham Əliyev 16 siyasi məhbusu azad etdi. Çoxlu sayda siyasi məhbuslar olan ölkədə 16 nəfərin azad olunmasında məqsəs Vaqşinqtona səfər vaxtı ABŞ rəhbərliyi ilə yüksək səviyyəli görüş keçirmək cəhdidir. Hesab edirəm ki, ABŞ hökumətinin rəhbərləri insan hüquqları və demokratiya sahəsində götürdükləri öhdəliklərə hörmətlə yanaşaraq İlham Əliyevə istədiyi münasibəti göstərməməlidirlər. Nə qədər ki Azərbaycan prezidenti  insan hüquqları sahəsində genişmiqyaslı addımlarla bağlı açıq bəyanat verməyib, ABŞ prezidenti onunla görüşməməlidir. Azərbaycanda demokratiya sahəsində vəziyyətin bu qədər acınacaqlı olduğu halda Con Kerri ilə görüşü mən səhv addım hesab edirəm.  Heç bir halda siyasi məhbus məsələsini alver predmentinə çevirmək olmaz. Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə açıq hörmətsizlik etdiyi şəraitdə ABŞ bu ölkədəki rejimə yaxşı münasibət göstərməklə öz imicini korlamamalıdır.

Azərbaycanda yaşadığım dövrdə mən Repartyorların Azadlığı və Təhlükəsizliyi İnisututuna (RATİ) rəhbərlik etmişəm. Məhz bu tipli fəaliyyətimə görə dəhşətli polis zorakılığına məruz qalmışam. 2014-cü ildə ölkədə güclü repressiyalar aparılan vaxtda İsveçrə səfirliyinə sığınmaqla həbsdən yaxa qurtara bildim. Daha sonra İsveçrə xarici işlər nazirinin köməyilə ölkədən çıxmağıma icazə verildi. Mən Azərbaycan Respublikası vətandaşlığından məhrum edildim.

İş o həddə çatıb ki, Azərbaycanda siyasi məhbusların sayı Rusiyada və Belarusda olduğundan artıqdır. Müstəqil qeyri hökumət təşkilatlarının fəaliyyətini imkansız edən qərarlar qəbul edilib.

2014-cü ilin sentyabrında ABŞ prezidenti Barak Obama Azərbaycanda hüquq müdafiəçilərinə yaradılan çox ağır şərait haqqında xüsusi danışmşdı. Buna baxmayaraq Azərbaycan hakimiyyəti heç nədən çəkinmədən ABŞ-la bağlı olan xeyli təşkilatın Azərbaycandakı fəaliyyətinə son qoydu.

ABŞ-ın BMT-ki nümayəndəsi Samanta Pauer Xədicə İsmayılovanın azad edilməsi tələbi ilə çıxış etsə də, buna əhəmiyyət verilmədi.

Qardaşım, blogger Mehman Hüseynov məhz jurnalist fəaliyyətinə görə cəzalandırılaraq ölkədən çıxışına qadağa qoyulub. Dostum və həmkarım Rasim Əliyev öldürülüb.

ABŞ rəhbərliyi İlham Əliyevin Vaşınqtona səfərilə bağlı imkanı düzgün qiymətləndirərək, bütün siyasi məhbusların dərhal azad edilməsini, ictimai və siyasi fəallara qarşı cinayət işlərinin ləğv olunmasını, qanunvericiliyə edilmiş mürtəci dəyişikliklərin aradan qaldırılmasını, Azadlıq radiosunun Bakı bürosunun yenidən açılmasını təmin etməlidir. ABŞ hökuməti bu şansı qaçırmamalıdır.

~ tərəfindən Patriot 31/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma