POLİS BÖLMƏSİNDƏ “GESTAPO” ÜSULU (VİDEO)

resad abbasov - polis

Vətəndaşdan “gestapo” üsulu ilə “etiraf” istəyiblər

Sumqayıt şəhərində dəhşətli hadisə baş verib. Bayram günlərində (22-23 mart) Sumqayıtdakı məhəllələrdən birində iki nəfər arasında bıçaqlanma hadisəsi olub. Bununla bağlı əməliyyat keçirən polislər isə hadisəyə aidiyyatı olmayan başqa bir nəfəri saxlayaraq, zorla boynuna qoymaq istəyib ki, cinayəti o törədib. Sumqayıt Polis İdarəsinin 1-ci polis bölməsində həmin adama saatlarla ağır işğəncələr verilib. Polis rəisi bildirib ki, əgər cinayyəti boynuna almasa, onu idarədə döyərək öldürəcəklər.

Günahsız yerə saxlanaraq işgəncələrə məruz qaldığını hazırda xəstəxanada yatan həmin vətəndaş məşhur bloqçu və sosial şəbəkə fəalı Mehman Hüseynova danışıb. M.Hüseynov videoreportajı “Sancaq” feysbuk səhifəsində yayıb.

Rəşad Abbasov bildirib ki, ona amansız işgəncələri əsasən 1-ci bölmənin Azər adlı rəisi və bölmənin cinayət axtarış şöbəsinin Mirnemət adlı rəisi verib: “Qayışımı çıxarıb ayaqlarımı bağladılar. Əllərimi isə qandalladılar. Yerə yıxdılar. 4-5 nəfər oturdu üstümə. Kimi başıma, kimi qarnıma zərbələr endirdilər. Rəis Azər başıma zərbələr endirirdi. Və deyirdi ki, ”cinayəti boynuna al, sənin də işin yüngülləşsin, bizə də əziyyət vermə“. Bədənimin müxtəlif yerlərinə elektroşok verdilər. Dabanlarıma o qədər vurdular ki, hissiyyatım itdi. Bundan sonra sümüklərimə vurdular. Indi sidiyə gedə bilmirəm. Həkim deyir ki, 4-5 ay müalicə olunmalısan. Heç əsirlikdə adama belə işgəncə vermirlər. Təsəvvür edin, Mirmemətə dedim ki, “opendisit”im var, fikirləşdim, bəlkə vurmazlar. Amma düz elə ordan vururdular”.

Qeyd edək ki, Rəşad Abbasovla bağlı videoreportaj sosial şəbəkələrdə səs-küy yaradıb. Sosial şəbəkə istifadəçiləri bu əməli törədənlərin ciddi cəzalandırılmasını tələb ediblər. Yayılan görüntülərdə Rəşad Abbasova verilən işgəncənin izləri görənləri dəhşətə gətirir. Rəşad Abbasovun ayaqları zərbələrdən qapqaradır.

Bu vəhşiliyi necə izah etmək olar?!”

Məsələyə ictimai-siyasi xadimlər də münasibət bildirib. Milli Şuranın sədri Cəmil Həsənli bu barədə “facebook” səhifəsində yazıb: “Dostlar! Ölkənin Daxili işlər orqanlarında cinayətkarlıq halları baş alıb gedir. Nazirlik sistemində feodal qaydaları və işgəncə metodları ilə təsdiqedici ifadələr almaq adi hala çevrilib. Vaxtilə Henrix Yaqoda, Nikolay Yejov və Lavrenti Beriya işgəncə metodlarını ona görə tətbiq edirdilər ki, onlara bilavasitə işgəncə metodları ilə ifadə almağa rəsmi icazə verilmişdi. Bəlkə cənab Ramil Usubova da belə bir icazə verilib. Əks təqdirdə, videoda gördüyünüz vəhşiliyi nə ilə izah etmək olar?!”

Hacı Məmmədov fenomeni təsadüfən meydana çıxmamışdı”

AXCP sədri Əli Kərimli isə sosial şəbəkə istifadəçilərini məsələni gündəmdə saxlamağa çağırıb: “O qədər və o vaxta kimi paylaşın ki, Ramil Usubov, Zakir Qaralov, Ilham Əliyev deyə bilməsinlər xəbərimiz olmayıb. Elə bilirdiniz ki, Hacı Məmmədov fenomeni təsadüfən meydana çıxmışdı? Bu cəzasızlıq mühitidir hacı məmmədovları, çovdarovları yetişdirən. Baxın və görün ki, polis paqonu altında gizlənən cinayətkarlar günahsız insana necə işgəncələr veriblər. Sanki bu şəxs ermənilərin əsirliyində olub. Bu cinayəti törədənlər dərhal cəzalandırılmalıdır. Bu cinayəti ört-basdır edənlər olacaqsa, onlar da cinayət törətmiş olacaqlar!”

~ tərəfindən Patriot 28/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: