İNTİQAM ƏLİYEV HƏBSDƏN BURAXILDI (VİDEO)

intiqam-eliyev

Azadliqda ilk müsahibəsi

Ali Məhkəmənin Plenumu martın 28-də həbsdə olan tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin işinə yenidən baxıb. Məhkəməyə Baş prokuror Zakir Qaralov müraciət edib. O, İntiqam Əliyev haqqında cəzanın ağır olmasından, şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb.

Ali Məhkəmənin Plenumu Baş prokurorun protestinə müsbət cavab verib. İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilib.

İntiqam Əliyevin ailə üzvləri və dostları, eləcə də ictimai fəallar və jurnalistlər Ali Məhkəmənin qarşısına toplaşaraq, Plenumun qərarını gözləyiblər.

Plenumun qərarından sonra isə onlar İntiqam Əliyevin saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısına gediblər. Ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələricəzaçəkmə müəssisəsinin qarşısında İntiqam Əliyevin həbsdən çıxmasını gözləyirlər.

İntiqam Əliyevlə bağlı qərara AXCP sədri Əli Kərimli feysbuk səhifəsində dərhal münasibət bildirib. Əli Kərimli yazıb:

Vicdan məhbusu, tanınmış hüquqşünas Intiqam Əliyevin şərti cəza ilə olsa da, azadlığa çıxması çox xoş xəbərdir. Demokratik ictimaiyyətin xırda da olsa uğurudur. İndi də Xədicə xanımı, Fuad Qəhrəmanlını, İlqar Məmmədovu, Seymur Həzini, Asif Yusiflini, Məmməd İbrahimi, İlkin Rüstəmzadəni, Murad Ədilovu, Zeynal Bağırzadəni, Qadir Xudabəxşiyevi, Elvin Abdullayevi, Əbdül Əbilovu və bütün siyasi məhbusları azad etmək lazımdır. Hələ də həbsdə qalan bütün siyasi məhbusların hüquqlarını sonadək müdafiə edəcəyik. Əlıq əttə ki, hər gecənin bir gündüzü vardır! Bir gün onlar da haqq etdikləri azadlıqlarına qovuşacaqlar.

~ tərəfindən Patriot 28/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin