BAKIDA MÜƏMMALI GURULTU

baki

Gurultu səsini daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilib

Bu gün saat 12 radələrində Bakının Səbail və Yasamal rayonları ərazisində müəmmalı bir gurultu səsi eşidilib. Səs o qədər güclü olub ki, hətta binaları da titrədib.

Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, o da məsələdən xəbərdardır: “Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi”.

Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış, yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırışın daxil olmadığını bildiriblər.

~ tərəfindən Patriot 27/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: