BRÜSSELDƏ TERROR TÖRƏDƏNLƏR QARDAŞ OLUB (FOTOLAR)

terror - brussel

Terrorçuların adları açıqlandı, üçüncü şübhəli həbs edildi

terror_brusselBelçika dövlət televiziyası RTBF  dünən Brüssel Hava Limanında intihar hücumu təşkil edən terrorçuların kimliyini açıqlayıb. Onların El Bakraoui Qardaşlar olduğu bildirilir. Bu arada, Belçika mətbuatı terrordan sonra hadisə yerindən qaçmağı bacaran Necim Laşravinin də  tutulduğu haqda məlumt yayıb. O, Anderlext əyalətində saxlanılıb.

Hücumları həyata keçirən Khalid və Brahim qardaşlarının əllərində qara əlcək olması diqqət çəkmişdi. Əlcəklərin içində bombaları partlatmaq üçün istifadə olunacaq tətiklərin olduğu düşünülür.

Belçika Federal Prokurorluğu, Brüsselin Schaerbeek bölgəsində aparılan axtarışlar zamanı mismarla gücləndirilmiş partlayıcı, kimyəvi maddə və İŞİD bayrağı aşkarladıqlarını açıqlayıb.

Kubada səfərdə olan ABŞ prezidenti  Obama Brüsseldə baş verən qanlı terror aktına münasibət bildirib. Obama Amerika xalqının ən dərin düşüncələrinin və dualarının Belçika hökuməti və vətəndaşları ilə olduğunu ifadə edib:

“Dostumuz və müttəfiqimiz Belçikaya qarşı çirkin hücumun arxasında duranların ədalətə təslim edilməsi üçün nə lazımdırsa, etməyə hazırıq. Brüsseldəki hücumlar dünyanın terrorla mübarizədə bir olması lazım olduğunu bir daha xatırlatdı. Terrora qarşı irqi, inancı və ya milliyyəti nə olursa-olsun, birlikdə olmalıyıq. Dünyanın harasında olursa-olsun, insanların təhlükəsizliyini təhdid edənləri aradan götürəcəyik”,-deyə Obama bildirib.

“Röuters” agentliyi İŞİD-in Brüsseldə reallaşan hücumların məsuliyyətini öz üzərinə götürdüyü haqda məlumat yayıb.

“Röuters” xəbərinə görə, həm hava limanında, həm də metrodaki hücumlar partlayıcı gödəkcələrdən istifadə edilərək reallaşdırılıb.

Brüsseldə bu gün baş verən terror aktından sonra Avropa Komissiyasının binası boşaldılıb və binaya polis nəzarəti gücləndirilib.

“Guardian”ın xəbərinə görə, hücumların ardından bayraqların yarıya endirildiyi bina, polisin təhlükəsizliyi təmin etməsi üçün boşaldılıb.

Belçika polisi Twitter-də şübhəlilərin hava limanına girişdəki görüntülərini yayıb. Belçika mərkəzli xəbər saytı DH, hücumdan əvvəl təhlükəsizlik kamerasına düşən bu şəxslərin  canlı bombalar olduğunu iddia edib.

Fotoşəkildə olan ağ paltarlı şəxsin hava limanına hücumdan öncə axtarışda olduğu bildirilir. Digər iki adamın şəxsiyyəti məlum deyil.

Terror hücumları ilə sarsılan Belçikada, Tihange nüvə enerji stansiyasında ciddi təhlükəsizlik tədbirləri görüldüyü bildirilir.

Belçika televiziyası VTM-in yaydığı məlumata görə, Brüsselə 100 kilometr məsafədə yerləşən Liege şəhəri yaxınlığındakı nüvə stansiyası polis tərəfindən nəzarətə götürülüb.

Belçika mətbuatı üç partlayış nəticəsində 34 nəfərin öldüyünü, 136 nəfərin isə yaralandığı haqda məlumat yayıb.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə baş verən terror aktına münasibət bildirib.

İordaniya xarici işlər naziri Nasir Cuda ilə Əmmanda təşkil edilən ortaq mətbuat konfransında danışan Mogherini, Avropa üçün kədərli bir gün olduğunu vurğulayıb:

“Avropa üçün çox kədərli bir gündür. Avropa və onun paytaxtı, bu bölgənin hər gün yaşadığı eyni ağrını çəkir. Avropa və Yaxın Şərq liderləri bu fəlakətin öhdəsindən gəlmək üçün birlikdə işləməlidirlər”,-deyə Mogerini bildirib.

Mogerini danışarkən göz yaşlarını saxlaya bilməyib.

~ tərəfindən Patriot 24/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: