“O HAKİMLƏR ƏN YARAMAZ İNSANLARDIR”

aslan_ismayilov

Aslan İsmayılovdan ittiham

“Bu gün ölkəmizdə baş verən qanunsuzluqların məsuliyyəti icra hakimiyyəti ilə bərabər onların tapşırıqlarını canla başla yerinə yetirən hakimlərdədir”.

Bu haqda tanınmış hüquqşünas Aslan İsmayılov danışıb.

O, qeyd edib ki, baş verənləri bilməyənlər “əşşi, hakimlik nə var ki, ona deyiblər, o, da icra edir” fikrindədirlər:

“Amma tam yanlış fikirdir. Boyunlarını büküb “bilirəm günahsızdır, ancaq vallah mənlik deyil, yuxarıların tapşırığıdır” deyənlər ən yaramaz insanlardır. Bunlar etdikləri qanunsuzluqları gözəl bilirlər və etməmək imkanları var. Sadəcə bunun üçün dürüst, vicdanlı insan olmaq, aldığı maaşla yaşamağa razı olmaq kifayətdir”.

A.İsmayılov bildirib ki, həmin hakimlər dəbdəbəli həyat sürmək üçün bütün qanunsuzluqlara imza atırlar:

“Onların hər biri tapşırığı elə-belə, zorən yox, bilərəkdən, şüurlu şəkildə edirlər. Törətdikləri qanunsuzluqların əvəzində dəbdəbəli həyat sürmək üçün bolluca rüşvət və digər imtiyazlar əldə edirlər. Sadəcə həmin “yazıq” hakimlərin tərcümeyi halına baxsanız, görərsiniz ki, nə qədər çox qanunsuzluğa imza atırlarsa, o qədər də çox rüşvət alırlar və vəzifədə yüksəlirlər. Onlardan bəziləri hətta giley-güzar da edirlər ki, “dediklərinin hamısını yüksək səviyyədə yerinə yetirmişəm, hələ də sədr göndərməyiblər”. Məclislərdə də hamıdan çox gileylənən, qanunsuzluqdan danışan da bu tiplərdir”.

~ tərəfindən Patriot 18/03/2016.

Bir Cavab to ““O HAKİMLƏR ƏN YARAMAZ İNSANLARDIR””

  1. Aslan müəllim,hakimlər tək kimlərinsə göstərişlərini yerinə yetirmirlər.Onlar əsasən sizin də qeyd etdiyiniz kimi dəbdəbəli həyat sürmək məqsədilə gah belə qərar verirlər,gah da əks tərəfə.Aslan müəllim,siz indiyə kimi heç eşitmisiniz ki,qanunsuz qərar verdiyiniə görə hər hansı bir hakimi həbs etsinlər? Xeyr,eşidə də bilməzsiniz.Hər hansı bir cinayət işinin məhkəməsi zamanı müəyyən məqsədi güdərəkdən əvvəlcə bir hakim qərarı bir tərəfin xeyrinə çıxarır.Sonra ikinci tərəf həmin işlə bağlı başqa bir məhkəməyə müraciət edir.Həmin məhkəmə də müəyyən məqsədi güdərəkdən indi də qərarı ikinci tərəfin xeyrinə çıxarır.Deməli,bu hakimlərdən hansısa qanun pozuntusuna yol verərəkdən qərar verib.Elə həmin qanun pozan hakim də həbs edilməlidir.Əfsuslar olsun ki,heç bir vaxt belə bir iş baş vermir. Hakimin xətrinə belə dəymirlər.Elə bil ki,papalarının özəl lavkasıdır.Özəl lavkası olduğu üçün də istədiklərini edirlər.Bundan belə də heç bir vaxt qanunları pozduğuna görə hakimləri həbs etməyəcəklər.Nə qədər ki,bu və buna bənzər hadisələrə düzgün qiymət verilmir,yaşamda nəfəs almaq çətinlikləri davam edəcəkdir.Bütün məsələlərdə Rəbbim bizlərə yar və yardımçı olsun.Inşaallah !!!

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma