“AZƏRBAYCANDA BÜTÜN SİYASİ MƏHBUSLAR AZAD OLUNSUN”

con - kerri

Kerri Əliyevi bütün siyasi məhbuslarin azad etməyə çağırdı

Birləşmiş Ştatlar hökuməti Azərbaycanda həbsdə olan onlarla insan haqları fəalı, jurnalist və siyasi partiyalarınn üzvlərinin azadlığa buraxılmasını alqışlayıb, lakin eyni zamanda fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olan digər şəxslərin də azad edilməsinə çağırıb.

Bu barədə ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ilə bir sıra tanınmış insan haqları və siyasi fəalların azad edilməsi ilə bağlı verdiyi bəyanatında bildirib.

“Birləşmiş Ştatlar Azərbaycan hökuməti tərəfindən insan haqları sahəsində fəaliyyəti, ya da fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımı alqışlayır. Azadlığa buraxılanlar arasında tanınmış insan haqları fəalı Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, talış etnik qrupunun qəzetinin baş redaktoru Hilal Məmmədov və Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov məhkəmə tərəfindən azad edilib.

Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımların atılması üçün işləməyimizi gözləyirik. Biz eyni zamanda hökuməti ümumi fikrə görə, eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilən başqa şəxsləri də azad etməyə və azad edilən şəxslərin hərəkətinə qoyulmuş məhdudiyyətlərə son qoymağa çağırırıq”-deyə Con Kerrinin bəyanatında bildirilir.

~ tərəfindən Patriot 18/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma