RAUF MİRQƏDİROV AZADLIĞA BURAXILDI

rauf mirqedirov  azadliqda

“Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov 22 aylıq həbsdən sonra azadlığa buraxıldı

Martın 17-də Bakı Apellyasiya Məhkəməsində bu haqda qərar verildi. Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin Rauf Mirqədirov haqqında hökmünü dəyişib. Jurnalistə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib, ona verilmiş 6 il həbs cəzası 5 il sınaq müddəti olmaqla, şərti hesab olunub. Rauf Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.

rauf mirqədirov ve anasiRauf Mirqədirov bildirib ki, apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılsa da, bu, ona bəraət verilməsi anlamına gəlmir. Ona görə də bəraət alana qədər hüquqi müstəvidə mübarizəni davam etdirəcək.

“Mən həbs olunan andan demişəm ki, özümü günahkar bilmirəm. Nə istintaq, nə də məhkəmə dövründə mənim dövlətə xəyanət, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığım barədə bir əsaslı sübut təqdim olundu. Təqdim olunan dırnaqarası sübutlar da mənim müdafiəçim tərəfindən alt-üst edildi. Əsas odur ki, otuz illik jurnalistika və ictimai fəaliyyətimdə nəinki Ermənistanın, heç bir xarici dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlığım, ünsiyyətim olmayıb. Mənim üçün əsas budur. Mən inanıram ki, azadlıqda məni dəstəkləyən insanlar da bütün bunları çox gözəl bilirlər. Məni dəstəklədikləri üçün onların hamısına minnətdarlığımı bildirirəm”, – deyə Mirqədirov jurnalistlərə bildirib.

~ tərəfindən Patriot 17/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma