“ŞƏRTLƏR TƏLƏB EDƏNDƏ ONLARIN DA ARXASINDAN QAÇACAQ”

eli_ kerimli

Putinin Suriya qərarına AXCP liderindən ilginc şərh

“Rusiya anti – Əsəd koalisiyasının təzyiqilə çəkilir, amma mümkün olan ən hörmətli formada”

“Avtoritar liderlər başa düşəcək ki, Rusiyanın onlara verdiyi dəstək bir yerə qədərdir. Şərtlər tələb edəndə onların da arxasından qaçacaq”

AXCP sədri Əli Kərimli Rusiya prezidenti Vladimir Putinin Suriyadan çəkilmək qərarını şərh edib. AXCP liderinin feysbuk səhifəsində paylaşdığı şərhi təqdim edirik.
Putinin Rusiya qoşunlarının əsas hissəsini Suriyadan çıxarmaq haqda qərarı biz azərbaycanlılar üçün şad xəbərdir. Hər şey bir tərəfə, Xəzər dənizindən Suriyaya atılan raketlər ilk növbədə bizim müstəqilliyimizi təhdid edirdi. Rusiya Silahlı Qüvvələrinin bizdən də 1500 km cənubda aktiv hərbi əməliyyatlar keçirməsi xalqımızın azad seçiminə, ölkəmizdə köklü siyasi dəyişikliklərə də əsas təhdidlərdən biri idi.

Rusiyanın Suriyadan çəkilmək qərarı hələ xeyli müddət də müzakirə və təhlil olunacaq. O da məlumdur ki, bu, son qərar deyil və Rusiya Suriyadakı hərbi bazalarını saxlayır və yenidən hərbi əməliyyatlara qoşulacağı istisna olunmur. Amma daha ağlabatan budur ki, Rusiya həqiqətən də Suriyadan çəkilir. Putin elan edib ki, Suriya əməliyyatı nəticəsində qarşıya qoyulmuş vəzifələr əsasən yerinə yetirilib. Maraqlıdır, nə imiş o məqsəd? Putin demişdi ki, terroru məğlub etmək üçün Suriyaya giriblər. Nə oldu, terroru məğlub ediblər? Qətiyyən! İŞİD-lə savaş hələ qabaqdadır. Suriyaya müdaxilə Rusiyanın daxili auditoriyasına belə təqdim olunurdu ki, oradakı əməliyyatların əsas məqsədi Əsədi qorumaqdır. Əsədin hakimiyyətinə daha təhlükə yoxdur? Tam əksinə, Əsəd əleyhdarlarından heç kimin ona münasibəti dəyişməyib. Əsədin Suriyada nəzarət etdiyi əraziləri Rusiyanın köməkliyilə 15 faizdən 20 faizə qaldırması vəziyyəti ciddi şəkildə dəyişmir. Birmənalıdır ki, Suriyadakı əsas söz sahiblərinin hamısı (İrandan başqa) Əsədsiz keçid hakimiyyəti modeli üzərində işləyirlər. Və ona nail olacaqlar. Bəs o zaman Rusiyanın Suriya əməliyyatında qarşıya qoyduğu nəticə nə imiş ki, Rusiya ona nail olub?

Hələ Rusiyanın Suriyaya müdaxiləsinin ilk günlərində yazmışdım ki, Kremlin bu əməliyyatda real olaraq əldə edə biləcəyi dividend siyasi təcriddən qismən çıxıb, Qərblə danışıqlar masasına qayıtmaq ola bilər. Belə də oldu. 5-6 ay olsa da, Rusiya özünü saydırdı və vaxtında Suriyadan çıxdı ki, Əsədin məğlub edilib, hakimiyyətdən salınması Rusiyanın özünün birbaşa məğlubiyyətinə çevrilməsin. Kreml bu qərarı ilə etiraf etmiş oldu ki, müasir qlobal tendensiyalara müqavimət göstərməyə çalışsa da, bu tendensiyalar qarşısında gücsüzdür. O istəsə də artıq tiranları qoruya bilmir.

Yalnız müəyyən müddətdən sonra bilinəcək ki, Putinin zahirən hamı üçün gözlənilməz olan Suriyadan çəkilmək qərarı nəinki ABŞ-la, hətta Səudiyyə Ərəbistanı ilə də müzakirə olunub. Və aydındır ki, Rusiya ondan bütün mənalarda 10 dəfələrlə güclü olan anti- Əsəd koalisiyasının təzyiqilə Suriyadan çəkilir. Amma bunu etiraf etmək lazımdır ki, Rusiya bu geriçəkilməni mümkün olan ən hörmətli formada həyata keçirir.

Yazını uzatmamaq üçün Rusiyanın Suriyadan çəkilmək qərarının daha bir neçə nəticəsini də qısa tezislərlə qeyd edirəm:

1. Türkiyənin Suriyadakı təsiri bundan sonra yalnız arta bilər, daha azalmayacaq;

2. Suriya türkmənlərinin genosidi, öz ata-baba torpaqlarından köçürülməsi daha mümkün olmayacaq. Əksinə, Türkiyədən onlara dəstək artacaq;

3. Rusiya və İran arasında neft istehsalını artırmamaq məsələsində qabarıq şəkildə üzə çıxmış fikir ayrılığı Rusiyanın Suriya qərarından sonra daha da güclənəcək;

4. Dünyadakı bütün avtoritar liderlər başa düşəcək ki, Rusiyanın onlara verdiyi dəstək bir yerə qədərdir. Şərtlər tələb edəndə onların da arxasından qaçacaq.

~ tərəfindən Patriot 15/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma