ƏRDOĞAN GƏLƏ BİLMƏDİ, ƏLİYEV GETDİ (VİDEO)

aliyev-erdogan

Ərdoğanla Əliyevdən birgə açıqlama

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən toplantısı başa çatıb. Toplantıdan sonra Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransı keçiriblər.

Türkiyə prezidenti Ərdoğan deyib ki, əslində Bakıda baş tutmalı olan bu toplantının Ankarada keçirilməsində məna var. Bununla Azərbaycan Türkiyənin həm də qara gün dostu olduğunu göstərdi.

Ərdoğan qeyd edib ki, bu addımdan hər kəs öz mesajını almalıdır. “Terrorçuya pərdə olmağı özgürlük deyə müdafiə edənlər bundan dərs almalıdırlar. Bu addım məsələnin ruh və könül birliyi olduğunu açıqca ortaya qoyur”, – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan mətbuat konfransında bir daha Ankaradakı terror haqda danışıb:
“Terror təşkilatı cani və alçaq üzünü bir daha göstərdi. Məqsəd Türkiyə xalqını qorxutmaq, Türkiyəni mübarək yolundan döndərməkdir. Ancaq bunu əsla bacarmayacaqlar. Türkiyə diz çökməyəcək, tam əksinə, özləri diz çökəcəklər.
Dost və qardaş ölkələrin dəstəyi ilə bu çətinliyi aşacağıq və yeni Türkiyəni inşa edəcəyik. Biz də işğal altında saxlanan Dağlıq Qarabağ olmaq üzərə, Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Ərdoğan məlumat verib ki, budəfəki toplantıda tərəflər enerji, nəqliyyat, müdafiə, hərbi əməkdaşlıq kimi məsələləri müzakirə edib, 6 sənəd imzalayıb. İmzalanan sənədlərdən biri strateji əməkdaşlıq anlaşmasıdır.

Ərdoğanın sözlərinə görə, terrora qarşı birgə mübarizə məsələsində nələr edilə biləcəyi də müzakirə olunub. “Yaşanan gəlişmələr hamımıza təsir edir. Önümüzdəki günlərdə Əliyevlə kritik toplantılar üçün yenidən bir araya gələcəyik”.

Türkiyə prezidenti TANAP layihəsi barədə də danışıb. Bildirib ki, bu məsələni də müzakirə ediblər və layihənin müəyyən olunmuş vaxtdan tez tamamlanmasına çalışırlar. “Bu nəhənf layihə dekabr ayında istifadəyə verilərək dünyaya önəmli mesajımız olacaq”, – deyə Ərdoğan qeyd edib.

İlham Əliyev isə öz növbəsində Ankara terroruna görə bir daha başsağlığı verib. Bildirib ki, Azərbaycanla Türkiyənin birliyi sarsılmazdır, onlar pis günlərdə də bir-birinin yanındadır. Əliyev qeyd edib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkənin Türkiyə olduğunu heç vaxt unutmayacaq. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın iki dövlətdir.”Biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını inşa edəcəyik”, – deyə Əliyev bildirib.



~ tərəfindən Patriot 15/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma