ŞAHVƏLƏD ÇOBANOĞLU: “YALNIZ DÜŞMƏN BELƏ EDƏ BİLƏR…”

sahveled cobanoglu

Böhrandan da betər hakimiyyət

Azərbaycan əhalisinin çoxunda elə təsəvvür var ki, böhran sanki bir tufan və ya qasırğadır, bütün Yer kürəsi boyu əsir və indi də gəlib bizim ölkənin üzərindən keçir. Ölkədə baş verənlərin baiskarı olan hakim rejim də məhz bu cür təbliğat aparır. Deməzsənmi, ölkədəki ağır sosial-iqtisadi durum – manatın ucuzlaşması, iş yerlərinin bağlanması, gəlirlərin hədsiz azalması dünyadakı qlobal böhrana görədir. Ilham Əliyev dəfələrlə bunu öz çıxışlarında deyib.

Halbuki kasıb qonşumuz Gürcüstanda da böhran yoxdur. Türkiyə hamının izlədiyi, məlumat aldığı ölkədir – varmı orada bizim hallar? Bəlkə Norveçdə var? Ya Almaniyada, Amerikada? Haradan gəlib bəs bu qasırğa? Göydən Ozon dəliyindənmi endi ayrıca Azərbaycanın üzərinə?

Bu böhran nə haradansa gəlib, nə də haradansa yoluxub bizim ölkəyə – quş qripi və ya donuz asqırağı kimi. Böhran buradadır, buradan başlayıb!

Avropada çox yayılmış bir deyim var: “Problem başqasıdır!” Bu, ifadə Jan Pol Sartrın möhtəşəm əsərindən götürülüb. “Bağlı qapılar arxasında” adlı həmin bədii əsərdə 3 nəfər öldükdən sonra qapalı bir yerdə peyda olurlar. Onlar öz əməllərini yada salırlar və belə qərara gəlirlər ki, yəqin indi oradan da cəhənnəmə daxil olacaqlar. Həyatları boyu o qədər pis iş görüblər ki, başqa cür fikirləşə də bilməzdilər. Amma zaman tamam fərqli məcrada davam edir.

Bağlı qapı arxasında olan bu ruh adamlarını dindirib-danışdıran olmur, onlar da qır qazana salınmağı, qızarmış şişə taxılmağı, qaynayan suda əzab çəkməyi gözləməkdən yorulub öz aralarında danışmağa, müzakirə etməyə başlayırlar. Vaxt ötür, o qədər danışırlar, mübahisələri düşür, həm də aralarında elə münaqişə törəyir ki, bir-birinin əlindən zəncir çeynəyirlər. Amma nə edə bilərlər? Nə çıxıb gedə bilirlər, nə də bir-birlərini öldürmələri mümkünsüzdür. Onsuz da ölüdürlər! Getdikcə yanındakıların daha dözülməz olduğunu görən biri düşünür ki, əşi, cəhənnəm bundan yaxşı olardı, qır qazana salınmaq, qızarmış şişə taxılmaq, qaynayan suda əzab çəkmək bu adamların yanında qalmaqdan daha yaxşı olardı. Tərslikdən də arxalarınca gələn yoxdur. Və həmin adam fikirləşir ki, deməli, cəhənnəm başqalarıdır, sənə həyatı cəhənnəmdən betər edənlərdir.

Bu əsər xalqların həyatını cəhənnəmdən betər edən rejimlərə qarşı ayağa qalxanlara həsr edilib. Sartr deyir ki, kimlərsə həyatı sənin üçün cəhənnəmə çeviribsə, cəhənnəmi başqa yerdə axtarma. Indi böhranı da başqa yerdə axtarmasın heç kim. Böhran bunlardır, bu hakimiyyətin özüdür!

Dünən Azərbaycan insanının həyatını xarakterizə edən iki xəbər aldıq. Onlara cəhənnəm xəbərləri də demək olar. Videoların biri Rusiyaya sərhəd-keçid məntəqəsini göstərirdi, o biri Irana keçid məntəqəsini. Hər ikisi insan seli ilə dolu idi. Hətta Irana keçənlərin sıxlığında bir nəfər yurddaşımızın halı pisləşib və onu xilas etmək mümkün olmayıb, keçinib. Biz Irana gedənlərin hədsiz çox olması barədə bilirdik. Əsasən də ucuz bazarlığa və həkim yoxlamasına gedirlər. Bəs Rusiyaya axının səbəbi nədir? Bəlli olub ki, hətta orda da ucuzluqdur deyə, adamlar Dağıstan tərəfdən bazarlıq etməyə gedirlər.

Ölkəni bu günlərə gətirən hakimiyyət isə multikulturalizm tədbirləri keçirir. Ağlasığmaz davranışlardır. Yalnız düşmən belə edə bilər…

Dünən xəbər aldıq ki, Azərbaycanla Gürcüstan arasında yeni qaz müqaviləsi imzalanıb və təbii qazı daha ucuz qiymətə satacağıq qonşularımıza. Tutaq ki, biz hökuməti anlayırıq, bazar şərtləri dəyişib, qazla bağlı geopolitik gəlişmələr var. Bunları nəzərə alıb, qazı Gürcüstana ucuzlaşdırıblar. Bəs ərzaq dalınca qonşu ölkələrə gedən öz vətəndaşlarına nəyisə ucuzlaşdırmaq olarmı? Yeri gəlmişkən, ölkənin Qərb zonasının əhalisi də ucuz ərzaq almaq üçün Gürcüstana gedir. Necə olur ki, özgələrə nəyisə ucuzlaşdıra bilirsən, amma öz əhalin özgə qapılarından zənbillərdə yemək daşıyır.

Hə, bir də Formula-1 üçün çalışır bizim hökumət! Indi deyin, belə hökumət böhrandan da betər deyilmi?!

~ tərəfindən Patriot 05/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma