REJİMİN “MƏHARƏTLİ” SİYASƏTİ

eliyev

Və ya hökumətin “şaxələnmiş” xarici siyasəti haqqında

Əliyev Putindən niyə izahat tələb etmədi?

Belə ki, ölkə başçısı hansı ölkəyə səfər edirsə, həmin ölkəni dəstəklədiyini bildirir. Ərdoğanla görüşəndə “Türkiyənin yanındayıq” söyləyib, Ruhaniylə görüşəndə “Suriya məsələsində Iranı dəstəkləyirik” deyəcək qədər “məharətli” siyasət yürüdülür. Hələ bir müddət əvvəl Türkiyə-Rusiya münasibətləri gərginləşəndə “Azərbaycan iki ölkə arasındakı probelmi həll etməyə çalışacaq” bəyanatı da vermişdilər.

Demək istəyirik ki, hökumətimiz baş-ayaq olsa da bütün məsələlərə münasibət bildirir. Amma məsələ öz dərdimizə gələndə hökumətin diplomatiyası “fasilə” verir. Bildiyiniz kimi Rusiya növbəti dəfə Ermənistana jest etdi və düşmən ölkəyə 200 milyon dollarlıq kredit ayırdı. Amma həmişəki kimi bu dəfə də hökumət komandası susdu və Rusiyanın növbəti ermənipərəstliyinə biganə qaldı. Qınaqlardan yayınmaq üçün bir həftədən sonra dişsiz bəyanat verildi və bununla da məsələ bitdi.

Daha sonra məlum oldu ki, ölkə başçısı fevralın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər. Ilham Əliyev və Vladimir Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəliyə dair bir sıra aktual məsələləri müzakirə etmişlər. Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Göründüyü kimi, ölkə başçısı Rusiya prezidentiylə bütün mövzulardan danışıb, hətta Suriyanı da müzakirə ediblər. Amma Vladimir Putinin Ermənistanı silahlandırmasıyla bağlı heç bir söhbət olmayıb. Hansıki, ölkə başçısı ilk növbədə bu məsələni müzakirə etməli, etirazını bildirməli və birbaşa Azərbaycanı təhdid edən addıma görə Putindən izahat istəməliydi.

Necə olur ki, Almaniya Bundestaqına meydan oxuyan, Avropa Parlamentinin qətnaməsini “kağız parçası” adlandıran prezident, Rusiyanın aşırı erməni sevgisinə münasibət bildirmir? “Qarabağ boyda dərdimiz var”, “bizim üçün milli maraqlar önəmlidir” deyənlər, Putinin qarşısında niyə əsməcə tutur?

Dünyada “ermənipərəst” axtaran, ikilstandartlardan, qərəzdən dəm vuran, Suriya məsələsinə münasibət bildirən hökumət, öz məsələsinə niyə bu qədər biganədir? Bu qorxunun səbəbi nədir?

~ tərəfindən Patriot 01/03/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma