“XOCALIDA ETNİK TƏMİZLƏNMƏ APARANLAR HƏLƏ DƏ İŞ BAŞINDADIRLAR”

baxcali

MHP lideri: “Hepimiz Ermeniyiz” deyənlər niyə Xocalını yada salmırlar?

MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxış edib.

Baxçalı son aylar Türkiyə və ətrafında baş verənlərə münasibət bildirərək AKP hökumətini sərt tənqid edib.

“Millətimizə güllə atanlar hər kimsə tapılıb cəzalandırılmalıdır. Günahkar Qəndildədirsə nəyi gözləyirsiniz? Baş nazir Davudoğluna səslənirəm, lazımdırsa Qəndili yandırın, yıxın, yerləbir edin”, deyə MHP lideri vurğulayıb.

Daha sonra Xocalıda baş vermiş soyqırımdan danışan Dövlət Baxcalı bəzi siyasi təşkilatları və hüquq müdafiəçilərini tənqid atəşinə tutub.

“Xocalıda etnik təmizlənmə aparanlar hələ də iş başındadırlar. Zalımlar əməllərindən dönməyiblər. Erməniləri müdafiə edənlərin Xocalını ağızlarına almamaları ikiüzlülükdür. Dünya ictimaiyyəti Xocalını heçə sayır ona görə ki, orada ölənlər türkdür. Ermənistan Qarabağdan çıxmasa, Azərbaycan öz torpaqlarına sahib olmayınca o bölgəyə sülh gəlməyəcək. Xocalı türkdür. “Hepimiz Ermeniyiz” deyənlərin də bunu yaxşı anlamasını istəyirik. Xocalı türkün vətənidir, həmişə var olmuşdur və var olacaqdır!”, deyə MHP lideri çıxışını alqış sədaları altında bitirib.

~ tərəfindən Patriot 24/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma