QLOBAL NEFT QİYMƏTLƏRİNİN ARTMASI YAXINDA GÖZLƏNİLMİR

Kristin_Lagard

“Neftin qiyməti gözlənildiyindən uzun müddət aşağı qala bilər”

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard, neft qiymətlərinin yəqin ki, gözləniləndən daha uzun bir müddət aşağı qalacağını deyib. Laqard, neft istehsalçısı Ərəb Körfəzi ölkələrinin dövlət xərclərini azaldaraq yeni vergilər yolu ilə büdcə gəlirlərini artırması lazım olduğunu bildirib.

Laqard Abu Dabidə çıxışında, 6 ölkədən ibarət olan Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının eyni əlavə dəyər vergisi nisbətini mənimsəməsi lazım olduğunu söyləyib. Laqard, bu tədbir ilə bərabər, mənfəət vergisi və əmlak vergisinin büdcə gəlirlərini artırmağa yardımçı ola biləcəyini söyləyib.

Laqard, “Neft qiymətləri ən yaxın zamandakı “təpə” nöqtəsindən bu yana 70%-ə yaxın aşağı düşməklə bərabər, təklif və tələb istiqamətli amillər neft qiymətlərinin mövcud aşağı səviyyələrdə uzun müddət qalacağını işarə edir”,- deyib.
Qlobal neft qiymətləri ötən il 44 faiz düşərkən, Səudiyyə Ərəbistanı enerjidəki dövlət dəstəyini kəsmək məcburiyyətində qaldı və dövlət istiqrazı ilə dövlət neft şirkəti olan Saudi Aramco səhmlərini satmağı planlaşdırılır. Birləşmiş Ərəb Əmirlikləri də Səudiyyə Ərəbistanına bənzər şəkildə neftə dövlət dəstəyini kəsib.

~ tərəfindən Patriot 23/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma