BAKI HƏBSXANASINDA İKİ MƏHKUM DÖYÜLƏRƏK ÖLDÜRÜLDÜ

Nurani İbrahimov

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkum döyülərək öldürülüb, daha iki məhkum isə ölümcül halda Məhkumların Müalicə Müəssisəsinə aparılıb

mehbus öldüBu barədə ölən məhkumlardan biri Nurani İbrahimovun ailə üzvləri məlumat yayıb.

Onun qardaşı Ramin İbrahimov musavat.com-a deyib: “Zəng edib dedilər ki, Nurani mədə ağrısından ölüb, meyiti morqdadır. Getdik gördük ki, onun ayaqları sındırılıb, dabanları qapqara idi. Ciyərini vurub partladıblar. Qardaşımın günahı olubsa, bunun üçün qanun var. Nəyə görə döyüblər? Niyə öldürüblər onu?”

Onun sözlərinə görə, qardaşı 1993-cü il təvəllüdlü Nurani İbrahimov 10 gün əvvələ qədər 2 saylı cəzaçəkmə müəssisəsində olub: “Ora Elçin Əlicanavov 10 gün əvvəl rəis təyin oliundu. Bundan sonra qardaşımı və daha 5 məhkumu “şestoy”a (6 saylı cəzaçəkmə müəssisəsinə) köçürdülər. Elçin Əlicanov bizə onları hara köçürdüklərini belə demədi. “Voronok”un (dustaq daşınan maşın) dalınca düşüb “şestoy”a gəlib çıxdıq. Orada rəis Əlidir. O dedi ki, heç bir problem yoxdur, hər şey yaxşıdır. Səhəri gün Nuraniyə yemək, paltar apardıq, qəbul eləmədilər. Dedilər ki, qəbul eləmirik. Bir də dünən axşamtərəfi 2 saylı müəssisəsinin əvvəlki rəisi Eyvaz müəllim zəng elədi ki, Nuranin mədəsində ağrı olub və ölüb. Getdik morqa. Gördük ki, ayağını sındırıblar. Ciyərini partladıblar. Dabanları qapqara idi, şişmişdi. Dəyənəklə ayağının altına vurublar, ayağını sındırıblar. Buna görə də biz meyiti morqdan 6 saylı müəssisəinin qabağına aparmaq istədik”.

R.İbrahimov deyib ki, digər öldürülən məhkumun meyiti Gəncəyə yola salınıb: “2 saylı müəssisəsdən “şestoy”a Nurani ilə birgə aparılan Sahib Abbasovu da döyüb öldürüblər. Onun meyitini Gəncəyə apardılar. O biri məhkumlar Elmirlə Tariyelin də vəziyyətləri ağırdır. Xəstəxanaya aparıblar. O biri 2 məhkumun kimliklərini, vəziyyətləri haqda xəbərim yoxdur”.

Nurani İbrahimov fevralın 13-də Hövsan qəsəbəsində Dədə Qorqud qəbristanlığında dəfn edilib.

Mərhumun atası Fuad İbrahimov da musavat.com-un dəfndə iştirak edən əməkdaşına bildirib ki, oğluna işgəncə verilib, o, döyülərək öldürülüb.

“Oğlumdan başqa bir məhkum da öldürülüb. Hər ikisini vəhşicəsinə döyüblər. Sonra onları Məhkumların Müalicə Müəssisəsinə aparıblar. Zəng edib dedilər ki, guya oğlun narkotik maddə istifadə edib. Buna görə də ölüb. Siqaret çəkməyən adam idi. Hər kəs onu namaz qılan, haqq sözün deyən biri kimi tanıyır” – deyə mərhumun atası bildirdi. Oğlunun cəsədində işgəncə izlərinin olduğunu deyən F.İbrahimovun sözlərinə görə, Nuraninin ayaqları sınıb, bütün bədəni zərbələrdən qaralıb. İlk məhkumluğunu yaşayan N.İbrahimov 2011-ci ildə həbsxanaya düşüb. Atası deyib ki, oğlu 18 yaşında bir nəfərlə mübahisə edib. Həmin şəxs oğlunu təhqir edib, Nurani də həmin şəxsə bıçaq zərbəsi endirib. Həmin şəxsin həyatını xilas etmək mümkün olub, Nurani isə 7 il həbs cəzası alıb. “Uşaqlıqdan haqqı deyən olub. Başına bu iş gəldi. Cəzası nə idisə çəkirdi. Həbsxanada da yaxşı insan kimi hörməti var idi. Heç vaxt davası olmayıb. Bir dəfə dava olanda bu tərəfləri sakitləşdirmək, aranı sakitləşdirmək istəyib. O zaman həmin davanın işi Xəzər rayon prokurorluğunda baxıldı və Nuraninin günahsız olduğu sübut olundu”, – deyə F.İbrahimob bildirib. N.İbrahimovun ailə üzvləri onun meyitinin fotolarını da mətbuata veriblər

Məsələ ilə bağlı Penitensiar Xidmət hələ açıqlama verməyib.

~ tərəfindən Patriot 14/02/2016.

Bir Cavab to “BAKI HƏBSXANASINDA İKİ MƏHKUM DÖYÜLƏRƏK ÖLDÜRÜLDÜ”

  1. Allah rehmet elesin!

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: