NEFT 30 DOLLAR SƏVİYYƏSİNDƏ QALARSA…

rus neft

“Neft 30 dollar olsa, Rusiyanın valyuta ehtiyatları tükənəcək”

Rusiyanın maliyyə naziri deyib ki, neft qiymətləri 30 dollar səviyyəsində qalarsa hökumət Ehtiyat Fondunun vəsaitlərindən istifadə edə bilər.

“Biz əlbəttə ki, sehrbaz deyilik. Sözsüz ki, qiymət 30 dollar səviyyəsində qalarsa biz güman ki, ehtiyatlara əl atmalı olacağıq. Lakin biz qarşımıza bu kimi ehtimalları azaltmaq vəzifəsini qoyuruq”, – Anton Siluanov deyib.

Bundan əvvəl nazir qeyd edib ki, büdcənin optimallaşdırılması üzrə tədbirlər həyata keçirilməsə, Ehtiyat Fondunun vəsaitləri artıq cari ildə istifadə oluna bilər.

Gələn il büdcə kəsirinin ÜDM-in 3 faizinə bərabər olacağı nəzərdə tutulub. Bu, 2015-ci il səviyyəsini aşmır və Avrozonadakı normalar çərçivəsindədir.

2015-ci ildə Ehtiyat Fondunun həcmi 3,64 trln (47 mlrd dollar) rubladək azalıb.

Maliyyə Nazirliyi bu məbləğin 2016-cı ilin sonunadək iki dəfədən artıq ixtisara düşəcəyini gözləyir.

~ tərəfindən Patriot 07/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma