JURNALİST NATİQ CAVADLI DİNDİRİLİB

natiq-cavadli

«Meydan TV» ilə əməkdaşlıq etmiş jurnalist Natiq Cavadlı fevralın 6-də Baş Prokurorluqda dindirilib. Jurnalistin dindirilməsi iki saata yaxın davam edib 

Bu haqda Azadlıq Radiosuna N.Cavadlı xəbər verib. Dindirmənin əvvəllər əməkdaşlıq etdiyi «Meydan TV»nin fəaliyyəti ilə bağlı olduğunu deyən jurnalist detallar haqda danışmayıb. Ondan bununla bağlı iltizam alınıb.
Jurnalisti müstəntiq Əli Babayev dindirib.

Son həftələrdə jurnalistlərin, özəlliklə «Meydan TV» ilə əməkdaşlıq edənlərin prokurorluğa çağırılması intensivləşib. Fevralın 5-də «Meydan TV» ilə əməkdaşlıq etmiş daha iki jurnalist – Sevinc Vaqifqızı və Aytac Əhmədova Baş Prokurorluqda dindirilmişdilər.

«Meydan TV» 2013-cü ilin sonunda yaradılıb və xaricdən yayımlanır. İnternet televiziyasının əməkdaşları 2015-ci ilin avqustunda Mingəçevir polis şöbəsində naməlum şəraitdə vəfat edən Bəhruz Hacıyevin ölümü və bundan sonra baş verən etiraz aksiyalarını işıqlandırmışdılar.

Bundan sonra isə internet televiziyasının əməkdaşları prokurorluğa çağırılaraq dindirilməyə başladı. O vaxt dindirilən jurnalistlər deyirdilər ki, Mingəçevir hadisələri ilə bağlı çağırılsalar da, onlardan daha çox «Meydan TV»nin fəaliyyəti ilə bağlı soruşulur.

~ tərəfindən Patriot 07/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma