ELMAR VƏLİYEVİN ƏMƏK YARMARKASI ÇAŞQINLIĞI (VİDEO – FOTOLAR)

gence-etiraz

Gəncə sakinləri əmək yarmarkasında etiraz aksiyası keçiriblər

etirazFevralın 5-də Gəncə şəhərində  İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin təşəbbüsü ilə əmək yarmarkası təşkil olunub.

Tədbir  Yeni Azərbaycan Partiyasının binası yaxınlığında baş tutub.

Gəncə şəhər sakinlərinin verdiyi məlumata görə,  tədbirə 2 minə qədər insan toplaşıb. Təklif olunan iş yerlərinin isə hamısı formal xarakter daşıyıb. İçəri girən şəxslər yarmarkada fəhlə, diplomsuz şəxslər üçün iş yerlərinin olmadığını deyiblər. Nəticədə bu hadisə insanlar arasında narazılığa səbəb olub. Şəhər sakinləri “istefa” şüarları səsləndirərək, etirazlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib.  Onlar etirazçları həbs etmək istəyərkən müqavimətlə üzləşiblər. Sakinlər saxlanılan şəxsləri polislərin əlindən almağa cəhd etsələr də, mümkün olmayıb. Şəhər sakinlərinin bir neçəsi həbs edilərək bölməyə aparılıb.

Son məlumata görə, insanlar hələ də YAP-ın binası önündədirlər.



~ tərəfindən Patriot 06/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma