POLŞA TƏYYARƏ QƏZASINI YENİDƏN ARAŞDIRIR

Kaçinski

Polşa 2010-cu ilin aprelin 10-da baş verən təyyarə qəzası ilə bağlı yenidən araşdırmaya başlayır

21 nəfərdən ibarət komissiyaya amerikalı məhkəmə ekperti Maykl Bayden, britaniyalı uçuş mühəndisi Frenk Teylor, danimarkalı pilot Qlenn Yerqensen və rusiyalı iqtisadçı Andrey İllarionov da daxildir.

Bu arada Polşanın müdafiə naziri Antoni Maçereviç 2010-cu ilin aprelində ölkə prezidenti Lex Kaçinskinin olduğu təyyarənin havada dağıldığını bildirib.

Onun sözlərinə görə, TU-145M təyyarəsininn Smolensk vilayətində aerodroma çırpılmazdan əvvəl 15-18 metr hündürlükdə dağılmağa başlayıb. Nazir bunun faktlarla sübut olunduğunu deyib. “Qəzanı araşdıran Dövlət İstintaq Komitəsi təyyarənin bütün avadanlıqlarının uçuş başlandığı andan qəza anına qədər necə dəyişdiyini göstərən faktlara malikdir”, – deyə o qeyd edib.

2010-cu il aprelin 10-da Lex Kaçinski və xanımının olduğu təyyarə anım tədbiri üçün Rusiyaya uçarkən Smolensk yaxınlığında qəzaya uğramışdı. Qəza zamanı Polşanın yüksək rütbəli məmurları da daxil olmaqla, 96 nəfər həlak olub.

~ tərəfindən Patriot 05/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma