BU GÜN CÜMHURİYYƏTİN BANİSİ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DOĞUM GÜNÜDÜR

resulzade

Azərbaycanın tarixi şəxsiyyəti, Şərqdə ilk demokratik cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə anadan olmasının 132-ci ildönümüdür

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olub. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır. İlk tərbiyə və təhsilini də məhz ailəsinin yanında alıb. Sonradan isə Texniki məktəbə daxil olub.

İctimai həyatda aktivliyi isə 1900-cü illərin əvvəllərində başlayıb. Belə ki, M.Ə.Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik” təşkilatını yaradıb.

Siyasi fəallıq

1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttarxan hərəkatında yaxından iştirak edib. Siyasi baxışına görə burada da çox qala bilməyib. O, 1911-ci ildə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb.

Bundan sonra Türkiyəyə üz tutan Rəsulzadə 1911-13-cü illərdə İstanbulda Türk ocağında çalışıb. 1913-cü ildə isə doğma Bakıya geri qayıdıb.

Bakıya qayıtdıqdan sonra siyasi fəaliyyətinə davam edən Rəsulzadə 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə demokratik Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaradır. İstiqlal elan olunduqdan sonra o, Azərbaycan Milli Şurasının sədri seçilib.

1920-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunur. O, bəzi insanların köməyi ilə həbsdən xilas edilir.

M.Ə.Rəsulzadə 1922-ci ildən etibarən mühacir həyatı yaşamağa məcbur olur. Bir müddət Finlandiya, Polşa və Almaniyada yaşayan Məmməd Əmin Rəsulzadə daha sonra Türkiyəyə köçür. O ömrünün sonuna qədər Türkiyədə yaşayıb və Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.

Ədəbi fəaliyyət

Ədəbi fəaliyyətə isə bir il sonra ilk məqaləsini “Şərqi-rus” qəzetində çap etdirdikdən sonra başlayıb. Sonradan “Həyat”, “İrşad”, “Tərəqqi” və başqa qəzetlərdə məqalələrlə çıxış edib, “Təkamül” (Bakı), “İrani-nov” (Tehran), “Açıq söz” (Bakı 1915-1917), İstanbulda yayımlanan “Yeni Qafqaziya” (1923-1928), “Azəri türk” (1928-1929), “Odlu Yurd” (1929-1931) və 1933-1939-cu illərdə Berlində çap olunan “Qurtuluş” jurnallarının və “İstiqlal” qəzetinin yaradıcısı olub.

1952-ci ildə isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Azərbaycan” dərgisi nəşr edilib. Onun jurnalist fəaliyyətindən başqa çoxlu kitabları da çap olunub.

Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada uzun sürən şəkər xəstəliyindən 71 yaşında vəfat edib. O, Ankaranın Əsri məzarlığında dəfn edilib.

~ tərəfindən Patriot 31/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma