4 MİLYARD KREDİT SÖHBƏTİ TƏKZİB EDİLİR

dollar.gif

Əliyev “yox”, komitə sədri “hə” deyir

Ölkə başçısı İlham Əliyev Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Dövlət başçısı bunu Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib. Bildirib ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandır.

İlham Əliyev həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini də bildirib.

Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kredit cəlb edilməsi ilə bağlı danışıqlar aparır. Bunu isə, azvision.az-ın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədrinin sözlərinə görə, hazırda bununla bağlı hökümətlə qurum rəsmiləri arasında danışıqlar gedir, nəticələr yaxın vaxtlarda məlum olacaq.

~ tərəfindən Patriot 30/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma