“PUTİN UKRAYNADAN ÇIXMASA RUSİYA XAOSA DÜŞƏCƏK”

Kasyanov

“Əgər bütün il ərzində neftin qiyməti 30 dollar civarında qalacaqsa, Putin sanksiyaların götürülməsi üçün Donbassdan əl çəkməyə məcbur olacaq”

Bu barədə Rusiya müxalifəçi PARNAS partiyasının sədri, keçmiş Baş nazir Mixali Kasyanov “Exo Moskvı” radiosuna açıqlamasında bildirib.

Eks baş nazirin sözlərinə görə, Qərbin sanksiyalarının götürülməsi üçün Minsk sazişinə əməl olunması tələb olunur. Bu sazişə görə isə Ukraynanın şərq sərhdələri Kiyevin tabeliyinə verilməlidir.

Müxalifət lideri bildirib ki, Putin bunu eləməsə, o zaman ölkədə vəziyyət sürətlə pisləşəcək. Büdcə kəsiri 25 faizə çatacaq.

“Belə şəraitdə isə nəinki pensiya və əmək haqlarını qaldırmaq, heç onların hazırkı məbləğdə ödənilməsi də mümkün olmayacaq. O zaman pul çap edən maşını işə salmalı olacaqlar. Bu isə hiperinflyasiyaya aparacaq. Ölkə xaosa doğru sürüklənəcək”.

Kasyanovun fikrincə, daxili sosial-iqtisadi və siyasi vəziyyət birbaşa Ukrayna ilə bağlıdır. “Putin qrupunun belə avantürası nəticəsində “Ukrayna kartı” kozıra çevrilib. Amma bu kart Rusiyanın əlində deyil”- deyə Kasyanov vurğulayıb.

~ tərəfindən Patriot 28/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma