ƏLİYEVİN NÖVBƏTİ SƏHV PROQNOZU

ilham eliyev south korea obama

Dövlət başçısına görə, gələn il neftin qiyməti 60-70 dollar olacaq

Nemət Əliyev: «Ekspertlərin hesablamaları onu deməyə əsas verir ki, növbəti ildə neftin qiymətinin daha da aşağı düşəcəyi ehtimalı daha çoxdur»

Dünyada neftin qiyməti ilə bağlı bütün proqnozlar bədbindir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, neftin qiymətindəki eniş hələ bir müddət də davam edəcək. Məsələn, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Davosda keçirilən iqtisadi forumda bildirib ki, böhranın pik həddi hələ bundan sonra olacaq. “2016-cı il risklərlə dolu olacaq. Neftin qiymətinin bir qədər düşəcəyini gözləmirdik. Bu artıq yeni reallıq yaradıb. Ona görə də böhranın pik həddi qabağdadır”, – deyə Kudrin bildirib.

Bundan başqa OPEK-ə daxil olan ölkələr də neftin qiyməti ilə bağlı bədbindirlər. Amma bütün hesablamalara, elan edilən proqnozlara rəğmən Azərbaycanın dövlət başçısı Ilham Əliyev tam başqa fikirdədir. I.Əliyevin fikrincə, neftin qiyməti daha 2-3 dollar düşəcək. Lakin ilin ikinci yarısında bazar inkişaf edəcək. I.Əliyev ÿbu sözləri Davos Forumu çərçivəsində keçirilən “The new energy equation” panelində çıxışında deyib: “Mən xatırlayıram ki, biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi. Inkişaf layihələri hazırlayanda neftin qiymətinin 22 dollar olacağına ümid edirdik. Indi qiymət həmin rəqəmə yaxınlaşır. Ümid edirəm ki, bazar stabilləşəcək. Çünki neft sektoru investisiyaya ehtiyac duyur. Aydındır ki, neftin qiyməti qalxacaq. Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, gələn il neftin qiyməti 60-70 dollar olacaq. Bu ilin ikinci yarısının isə stabilləşmə dövrü olacağına ümidvaram”.

Bəs, I.Əliyevin nikbin əhval-ruhiyyəsinə bir əsas varmı? Həqiqətənmi bütün proqnozlara rəğmən neftin qiyməti I.Əliyevin dediyi səviyyəyə qədər arta bilər?

nemet eliyevIqtisadçı Nemət Əliyevin fikrincə, I.Əliyevin dedikləri əslində onun istək və arzusunun dilə gətirilməsidir. Çünki I.Əliyevin dediklərini proqnoz kimi qiymətləndirməkdən ötrü əsaslandırılmış təhlillər aparılmalıdır: “Təəssüflər olsun ki, nə Azərbaycan hakimiyyətinin, nə də dövlət başçısının neftin qiyməti ilə bağlı əsaslandırılmış təhlilləri yoxdur. Amma ekspertlərin hesablamaları onu deməyə əsas verir ki, növbəti ildə neftin qiymətinin daha da aşağı düşəcəyi ehtimalı daha çoxdur. Ən azı bu günləri neftin qiymətləri 30 dollardan aşağıdır. Amma təxminən bir il bundan öncə dövlət başçısı neftin 60 dollar olacağını belə təsəvvür etmirdi. Amma gerçəklik tamam başqadır. Neftin qiyməti hazırda 30 dollardan aşağıdır”.

Neftin qiymətinin aşağı düşməsini doğuran səbəblərin olduğunu deyən N.Əliyev vurğuladı ki, həmin səbəblərdən irəli gələn nəticələr ortadadır. N.Əliyevin sözlərinə görə, neftin qiymətinin düşməsini öncə siyasi amillər şərtləndirirdi. Amma daha sonra neftin qiymətinin aşağı düşməsinə əlavə başqa amil də qoşuldu. O da iqtisadi amil idi: “Siyasi istəklərdən irəli gələn bu qərarın bir müddət sonra iqtisadi səbəbləri də ortaya çıxdı. Böyük neft gəlirlərindən məhrum olmuş ölkələr gəlirlərini kompensasiya etmək, itirdiklərini qaytarmaq məqsədilə iri həcmlərdə neft hasil ediblər. Hətta Iran kimi neft ixracatçısı olan ölkənin üzərindən sanksiyalar götürüldü. Bu isə o deməkdir ki, bazara Iran kimi neft oyunçusu girir. Neftin əksinə növbəti ilə 20 dollara istiqamət götürəcəyini demək olar. Əksinə dövlət başçısının dedikləri kimi neftin qiyməti 50-60 dollara qədər qalxsa belə, hakimiyyət bütün diqqətini neftin 20 dollara düşəcəyi üzərinə kökləməlidir. Təcrübə göstərir ki, bunlar reallıqdan uzaq düşdükcə fəlakətin miqyası artır, dövlətə böyük zərbə dəyir”.

~ tərəfindən Patriot 24/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma