YUNESKO-nun RƏHBƏRİ KORRUPSİYADA İTTİHAM OLUNUR

korrupsiya

«Bokovanın ailəsi Nyu-Yorkda iki mənzilə sahib olmaq üçün gərək yeməyə, geyimə, səyahətə pul xərcləməməli idi…»

YUNESKO-nun baş katibi Irina Bokovanın Nyu-Yorkun bahalı Menhetten hissəsində iki mənzil alması xəbəri onun gəlirlərilə bağlı araşdırmaya rəvac verib. Araşdırmalar göstərib ki, onun və ailə üzvlərinin birlikdə gəliri yemədən, içmədən bu mənzillərdən yalnız birinin alınmasına güclə imkan verərdi. Bolqarıstan “Bivol” nəşri bu mövzuda araşdırma aparıb və maraqlı nəticələr ortaya çıxarıb. Məqalənin tərcüməsini təqdim edirik:
“YUNESKO-nun maliyyəsindən fərqli olaraq, bu qurumun baş direktoru Irina Bokovanın şəxsi maliyyə durumu 2011-ci ildən bəri parlaqdır. Bu, Nyu-Yorkda daşınmaz əmlakın reyestri xidmətinə verilmiş sorğu əsasında üzə çıxıb.

Irina BokovaO, Nyu-Yorkun məşhur Manhetten hissəsində 2,4 milyon dollar nəğd pulla iki mənzil alıb. Onun ilk nikahdan olan oğlu dörd il ərzində 870 min dollarlıq ipoteka götürə bilib.

Irina Bokova Manhettendə ilk mənzilini 6 noyabr 2012-ci ildə alıb və 1 milyon 189 min 438 dollar pul ödəyib. Onun həyat yoldaşı Kalin Mitrev də mənzilin mülkiyyətçisidir. Sahəsi 84,6 kvadàat metr olan əmlak BMT-nin mənzil-qərargahının yaxınlığında yerləşir.
Bokova daimi ünvan kimi Nyu-Yorku göstərsə də, o, rəsmən Parisdə yaşayır.

Həmin mənzilin yaxınlığında yerləşən ikinci mənzil isə 3 aprel 2014-cü ildə 1 milyon 225 min dollara alınıb. Onun sahəsi nisbətən azdır – 76,5 kvadrat metr. Bu mənzilin yerləşdiyi müasir bina 2006-cı ildə tikilib.

Son illərdə Irina Bokovanın gəlirləri, onun Bolqarıstanda əmlakla bağlı əməliyyatları araşdırılıb. Onunla həyat yoldaşının birlikdə maaşları, Bolqarıstandakı əmlaklarının satışından əldə olunmuş pul Nyu-Yorkdakı mənzillərdən yalnız birini almağa çətinliklə kifayət edərdi.

YUNESKO-nun baş direktoru qismində onun illik maaşı təxminən 146 min dollardır. Bu vəzifədə işlədiyi müddətdə onun ümumi gəliri 780 min dollardan çox ola bilməzdi. 2012-ci ildə o, Bolqarıstanda iki evini satıb ki, bunların da ümumi dəyəri 380 min dollar olub.

Bokova dörd il ərzində həm də Bolqarıstanın Parisdəki səfiri olub. Səfirin də aylıq məvacibi 3000 dollardır. Hətta onun aldığı bu maaşı xərcləmədiyini düşünsək, onun səfir kimi dörd ildə qazancı 130 min dollardan çox olmazdı.

Beləliklə, bütün bunlar göstərir ki, Bokovanın gəlirləri Menhettendəki mənzillərdən birinə ancaq kifayət edir.
Düzdür, onun həyat yoldaşının da gəlirləri nəzərə alınmalıdır. Kalin Mitreyev Avropa Yenidənqurma və Inkişaf Bankının Bolqarıstandakı nümayəndəsi vəzifəsində çalışıb. Bundan başqa, o, Bolqarıstanda 2014-cü ildə əmlakını 160 min dollara satıb.
Yuxarıda qeyd olunanlar göstərir ki, bu ailə Menhettendə iki mənzilə sahib olmaq üçün yeməyə, geyimə, səhayətə pul xərcləməməli idi.

Məsələ ilə əlaqədar Irina Bokovanın da fikirlərini öyrənməyə cəhd göstərilib. Lakin YUNESKO-nun Parisdəki katibliyindən sorğuya cavab verilməyib”.

~ tərəfindən Patriot 23/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma