“ÜSYANKAR MÜSTƏNTİQ” ŞƏRTİ AZADLIĞA BURAXILDI

rufet-seferov

“Rədd olsun ev dustaqlığı, yaşasın zindan azadlığı!”

“Heç kimə yalvarmamışam” – Həbsdən çıxan müstəntiqdən yeni bəyanat

Prokurorluq orqanlarından siyasi bəyanatla istefa verəndən sonra diqqət mərkəzində olan, yanvarın 15-də barəsində həbs qətimkan tədbiri seçilən və yanvarın 22-də Binəqədi məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Rüfət Səfərov azadlığa çıxdıqdan sonra feysbuk səhifəsində bir qeyd paylaşaraq, ona dəstək verənlərə təşəkkürünü çatdırmışdı. O, yazırdı:

“Azdlıqda xoş görüşdük, əziz bacı və qardaşlarım! Vicdan və ədalət hissini göz ardı etməyən insanlar! Azad media təmsilciləri! Vətəndaş cəmiyyətinin ləyaqətli kəsləri! Mən Rufət Səfərov olaraq verdiyiniz dəstəyə görə sidq-ürəkdən minnətdarlıq edirəm. Mənə dəstək verənləri əmin edirəm ki, şərəflə doğuldum, şərəflə yaşayıram, şərəflə də öləcəyəm! Bu qədər!”.

Lakin sonradan bu yazı onun səhifəsindən silindi. Rüfət Səfərov isə növbəti qeydlərlə həmin yazını ailə üzvlərinin sildiyini açıqlayıb.
“Dustaq yenicə çıxıban, fikirlərini ərz edib… Ailəmin xoşuna gəlməyib. Evdən çıxıb dostlarla görüşəndə hesabıma daxil olub, statusu siliblər! Beləliklə:

1. Mənə qarşı irəli sürülən ittihamı rədd edirəm!
2. Bütün azad mediaya bəyan edirəm ki, mən heç kimə yalvarmamışam, yalvarmaram, yalvarmayacam da! Mən şərəflə doğulmuşam, şərəflə yaşayıram, şərəflə də öləcəyəm!

İrəli sürülən ittihamı absurd teatrı adlandırıram! Qorxmuram! Rədd olsun ev dustaqlığı, yaşasın zindan azadlığı!”, – deyə keçmiş müstəntiq bir qədər də emosional tərzdə açıqlama yayıb.

~ tərəfindən Patriot 23/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma