BAKI – 1990-cı İL 20 YANVAR (FOTOLAR)

20 yanvar

20 Yanvar hadisələrini çəkən fotoqrafdan ilginc açıqlamalar

“O əsgərlər yoxa çıxdılar”

“Sovet əsgərlərinin xalqa qarşı təşkil etdiyi qırğının üzərindən 26 il keçməsinə baxmayaraq ağrılarımız hələ də azalmayıb. 20 Yanvar gecəsi Sovet əsgərləri zirehli texnikalarla Bakıya girərək müstəqillik mübarizəsi üçün toplanan vətəndaşlara atəş açdı”.

Bunu azərbaycanlı fotoqraf Rasim Sadıqov CİHAN xəbər agentliyinə müsahibəsində söyləyib. Fotoqraf o günləri hələ də yuxusunda gördüyünü deyib. O, qanlı şənbə gecəsi gördüklərindən danışıb. 60 yaşlı Sadıqov deyir ki, o günləri unuda bilmir: “İnsanların qışqırıqları, yaxınlarının cəsədləri yanındakı ah-nalələri, ağlayan insanları unuda bilmirəm”.

qanli yanvarOnun sözlərinə görə, qətliam törədənlərin görüntüsü belə normal hərbçilərdən fərqli olub. “Sanki onları yataqlarından yeni qaldırmışdılar. Uzun saçları, saqqalları, qəribə simaları var idi. Onlar gecə qətliam törətdikdən sonra səhərə yaxın yox oldular. Vəzifələrini icra edib dərhal getdilər. Ardınca Bakıya gənc Sovet ordusu gəldi”.

R.Sadıqov baş verən faciəni sənədləşdirmək üçün şəhərin hər tərəfini gəzdiyini, çəkdiklərini əsgərlərin əlinə keçməkdən qorumaq üçün dostlarından da yardım istəməli olduğunu deyib. “Çəkdiklərimi dostlarıma verirdim. Yaxalansam çəkdiklərim fotoların itəcəyindən çox qorxurdum. Qorxduğum başıma gəldi. Hərbçilər məni yaxaladılar. Amma üzərimdə olan iki lentimi aldılar”.

Fotoqraf gördüyü hər şeyi çəkib. Hətta güllə izləri olan ağacı da. “Qan, insan hissələri, yaralılar… Həmin gün 3 minə yaxın foto çəkdim. O gün mənim üçün ölmək qəhrəmanlıq deyildi. Qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi. Hər gün fotoları səfirliklərə, iş adamlarına, əcnəbi jurnalistlərə çatdırırdım. Dünyanın bu hadisədən xəbərsiz olduğunu zənn edirdik. Sonradan öyrəndik ki, hamı səssiz qalmağı seçib. Çəkdiyim fotolar daha çox Türkiyədə yayımlandı”.

O deyib ki, insanlar evlərinin içində belə təhlükəsizlikdə deyildilər. Onlar güllələrdən qorunmaq üçün hamam otaqlarına gizlənirdilər.


“20 yanvar”-dan nadir görüntülər. Həmin dövrdə lentə alınmış bu fotoların əksəriyyəti mediada çətin rast gəldiyiniz fotolardır.


23 il əvvəl “20 yanvar”-dan nadir görüntülər»

~ tərəfindən Patriot 20/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: