REJİMİN SILAHLI CAVABI SUSMUR (VİDEO – FOTOLAR)

fuzuli rayonu - etiraz

Dinc sakinlərin üzərinə qoşun göndərildi

Rayonlarda etirazlar davam edir

etiraz regionAğcabədi rayonunun Hindarx kəndinin sakinləri də qiymətlərin qalxmasına etiraz olaraq toplaşıblar.  Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hazırda kəndin mərkəzinə 1000 nəfərdən artıq şəxs toplaşıb və onlar işsizliyə, qiymət artımına etiraz edirlər.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Hindarxa gəldiyi bildirilir.

***

Yanvarın 13-də günorta saatlarında Ağsu rayonunda yürüş olub. Şəhər sakinləri məvacibin azlığına, qiymət artımına  və işsizliyə etiraz əlaməti olaraq şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkından İcra Hakimiyyətinin binasınadək yürüş ediblər.

Etirazın səbəbi sosial problemlər, kəskin bahalıq, işsizlikdir. Sakinlər İcra Hakimiyyətindən problemlərinin həllini istəyirlər. Məlumatlara görə, aksiyada mindən artıq insan iştirak edib. Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub. Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib

***

Siyəzəndə dekabrın 12-də bahalaşma əleyhinə başlayan etirazlar, bu gün də davam edir. Çox sayda həbs olunanlar var. İnsanlar gecəni də İcra Hakimiyyetinin qarşısında keçirib.

Hal-hazırda Siyəzəndə polislər aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən istifadə edirlər. Xüsusi təyinatlılar və Daxili doşunlar Siyəzənə yeridilir. Çox sayda PPX və ÇPA-da şəhərin mərkəzinə gətirilib. Aksiya iştirakçıları və polislər arasında mübahisələr davam edir.
Siyəzən şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, polis qüvvələri hazırda Qalaaltı adlanan əraziyə gedilən yolda əhaliyə hücum edib. Saxlanılanlar var.

Məktəblilər evə buraxılmır. 6 saylı məktəbin ərazisinə də qaz bombasının atıldığı, uşaqlar arasında zəhərlənənlərin olduğu da deyilir.
Gələn məlumatlar arasında o da bildirilir ki, Şabran əhalisinin aksiyaya dəstək verməməsi üçün yollar bağlanıb.



~ tərəfindən Patriot 14/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma