“İLHAM ƏLİYEVƏ ABŞ-da SÜRPRİZLƏR YAŞADACAĞIQ”

ilham ag-ev

ABŞ azərbaycanlıları xüsusi kampaniya başlatdı

Azərbaycan prezidenti İlham Əliyevin Nüvə Sammitində iştirak üçün ABŞ-a gözlənilən səfəri ilə bağlı bu ölkədə yaşayan azərbaycanlı fəallar prezident Barak Obamaya müraciət ediblər. Müraciət müəllifləri Obamanı azərbaycanlı həmkarı ilə görüşməməyə çağırırlar.

Bu məqsədlə ABŞ azərbaycanlıları Ağ Evin rəsmi səhifəsində petisiya yaradaraq, imzatoplama kampaniyasına başlayıblar.

Müraciətdə deyilir ki, ABŞ prezidentinin azərbaycanlı həmkarı ilə görüşməsi qəbuledilməzdir. ABŞ prezidenti Azərbaycanda 100 nəfərdən artıq siyasi məhbusun olduğu, insan hüquq və azadlıqlarının tapdalandığı bir vaxtda diktator İlham Əliyevlə görüşdən mütləq imtina etməlidir.

Müraciət müəlliflərindən biri Emil İsmayıl “Azadlıq” qəzetinə deyib ki, Azərbaycandakı avtoritar rejimin bu görüşə ehtiyacı var. “O öz təbliğatı üçün bundan istifadə etmək niyyətindədir. Çoxları ümid edir ki, Barak Obama və İlham Əliyevin görüşü müsbət nəticələr verə bilər. İlham Əliyevlə Fransa prezidenti Fransua Ollandın görüşündən sonra nə baş verdi? Leyla Yunus həbs olundu. İlham Əliyev rejimi geri çəkilmək niyyətində deyil. Onu buna məcbur etmək lazımdır. Biz siyasi məhbusların azad olunmasını tələb edirik. Mart ayında keçiriləcək Nüvə Sammitinə qədər siyasi məhbuslar azad olunmasa, biz kampaniyanı davam etdirəcəyik, İlham Əliyevə ABŞ-da sürprizlər yaşadacağıq”, – deyə E.İsmayıl bildirib.

Ağ Evin rəsmi səhifəsində yaradılan petisiya

~ tərəfindən Patriot 11/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma