REJİM TƏLAŞ İÇİNDƏ

ABŞ-Departament

Hakimiyyət Ben Kardinin layihəsini niyə gizlədib?

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariçin Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiqi ilə bağlı yeni fakt açıqlaması iqtidarda ciddi təlaş yaradıb. Söhbət senator Bencamin Kardinin hazırladığı layihədən gedir. Buna qədər Azərbaycan ictimaiyyəti konqresmen Kristofor Smitin sanksiyalarlarla bağlı qanun layihəsi hazırladığından məlumatlı idi. Indi bəlli olur ki, başqa layihə də var və Kozlariçin sözlərinə görə, bu sənəd daha əhatəlidir.

Redaksiyamıza daxil olan məlumata görə, iqtidarın zirvəsi bu layihədən də xəbərdar olub. Sadəcə bu fakt komandadan gizlədilib. Məsələ burasındadır ki, Bencamin Kardin ABŞ-dakı yəhudi lobbisinin önəmli fiqurlarından biridir. Hakimiyyətin ABŞ-la münasibətlərində zaman-zaman yəhudi lobbisinin dəstəyindən yararlandığı bəllidir. Indisə bəlli olur ki, artıq yəhudi lobbisi də Azərbaycan iqtidarı ilə əməkdaşlığa həvəs göstərmir. Hər halda Bencamin Kardinin sanksiyalarla bağlı qanun layihəsi hazırlaması belə deməyə əsas verir.

Şübhəsiz, bu faktın ictimailəşməsi komandada narahatlığı daha da artırardı. Hakimiyyət də bu baxımdan faktı gizlətməyi üstün tutub. Məlumatda deyilir ki, Kozlariçin açıqlamasından sonra komanda artıq sanksiyaların qarşısının alınacağına ümidini itirib. Bəlkə də bu məsələdə Türkiyənin yardımından yararlanmaq olardı. Lakin Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi hakimiyyətdə Ankaradan gözləntilərə də inamı azaldıb. Digər tərəfdən, hələ bir neçə il əvvəl Ərdoğan hökuməti “Kurtlar Vadisi Pusu” filmi ilə Azərbaycana ABŞ və Rusiya arasında seçim etməli olduğu mesajını vermişdi. Filmdə ABŞ-ın təmsilçisi kimi təqdim edilən Aron Feller Dağlıq Qarabağ münaqişəsindən danışarkən problemin həlli üçün Azərbaycanın Vaşinqtonla Kreml arasında seçim etməli olduğunu bildirmişdi. Bu filmin Ankaranın siyasətini təbliğ və təşviq etdiyi hər kəsə bəllidir.

Beləliklə, Azərbaycan hakimiyyətinin yeganə çıxış yolundan – demokratik islahatlardan imtina etməsi onu çətin vəziyyətdə qoyub.

~ tərəfindən Patriot 02/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma