BEYNƏLXALQ ALƏM PUTİNİ “KÜNCƏ SIXIR”

putin-suriya

«Amnesty International» da Rusiyanın yalanını üzə çıxardı

Rusiya Suriyada hava əməliyyatlarına başlayandan bəri Qərb dövlətləri dəfələrlə Moskvanı ölkədəki sivil müxalifəti hədəf almaqda ittiham edib. Onların fikrincə, Rusiya IŞID-ə qarşı mübarizə adı altında Bəşər Əsəd əleyhdarlarını məhv etməklə məşğuldur. Çox keçmədən Qərb dövlətlərinin bu ittihamlarına Türkiyədən də dəstək gəldi və rəsmi Ankara bəyan etdi ki, Rusiya suriyalı müxaliflərlə yanaşı, dinc sakinləri də qətlə yetirir.

Dünən “Amnesty International” da oxşar ittihamla çıxış edib. Təşkilat yaydığı son hesabatında bildirib ki, Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatları zamanı ən azı 200 dinc sakin həyatını itirib. Qurum bu rəqəmləri şahidlərə vəfəallara istinadən səsləndirib.

Hesabatın hazırlanması üçün 30 sentyabr və 29 noyabr tarixləri arasında Rusiyanın beş ərazidəki – Homs, Hama, Idlib, Latakiya və Hələbdəki 25-dən çox hücumu araşdırılıb.

Araşdırmalar Rusiyanın beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşmadığını və bu yöndə ciddi nöqsanların olduğunu üzə çıxarıb: “Moskva dəfələrlə mülki şəxslərin öldürülməsi iddialarını təkzib edib və bunu informasiya müharibəsinin tərkib hissəsi adlandırıb”.

“Amnesty International” bildirir ki, hücumlar və onların nəticələri ilə bağlı telefon və internet vasitəsilə 16 şahidlə sorğu keçirilib. Şahidlər arasında həkimlər və hüquq müdafiəçiləri də var. Bundan başqa, təşkilat hücumlarla bağlı audiovizual çəkiliş əldə etdiyini və silah mütəxəssisləri ilə məsləhətlər apardığını qeyd edir.

Hesabat altı hücum barəsində daha ətraflı məlumat verir. Məsələn, noyabrın 29-da Idlib əyalətində, Arihada üç raket zərbəsi nəticəsində 49 mülki şəxs öldürülüb, digərləri xəsarət alıb.

Təşkilatın bildirdiyinə görə, şahid ifadələri və hüquq müdafiəçilərinin araşdırmaları göstərir ki, rayonda hərbi hədəflər olmayıb.
Rusiya rəsmiləri hələlik hesabatda qeyd olunan ittihamlarla bağlı heç bir şərh verməyib. Kreml əvvəllər bu tipli hesabatları Suriyada Rusiyanın fəaliyyətini gözdən salmaq cəhdləri kimi qiymətləndirirdi.

Xatırladaq ki, Rusiya Suriyadakı hava əməliyyatlarına bu il sentyabrın 30-da başlayıb. Moskva bəyan edir ki, bu qərar Suriya prezidenti Bəşər Əsədin xahişi ilə verilib.

~ tərəfindən Patriot 25/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma