“AZADLIQ” QƏZETİNİN 26 YAŞI TAMAM OLDU

azadliq redaksiya

“Azadlıq” adı kimi azad böyüdü. O, təkcə 16 səhifənin yükün deyil, cəmiyyətin yükün daşıdı. O, heç vaxt millətin üzünə ağ olmadı. Ağ rəngiylə zülmün və zülmətin zəhmini boğdu

“Azadlıq” 26 yaşını qeyd edə bilməyəcək qədər kasıb, hər anıyla şərəf duya biləcək qədər varlıdı. Bəli, bu gün ən kasıb varlının doğum günüdür.

“Azadlıq” özünə uzun ömür yox, şərəfli ömür arzuladı. Çünki şərəfli ömür mənəvi ölümsüzlüyün təminatçısıdır. O, təkcə okeanın üzündə qalmağı bacarmayıb, həm də aysberqləri dağıda bilib. Onun qələmini qıra bilmədilər, amma o qələmiylə dəryaz kimi yalanları biçdi.
26 yaş tarix etibarilə böyük zaman deyil, amma zamanın hər anını tarixə çevirmək üçün uzun müddətdir.

Əslində onun yaşı zaman boydadır. Zaman boyda yaşın mübarək.

P.S Vətənim saytı adından “Azadlıq” qəzetinin məğrur və fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edir, rejimin məngənəsindən xalqa hər zaman operativ doğru xəbərləri çatdırmaq yolunda uğurlar və tükənməz enerji arzu edirik!

~ tərəfindən Patriot 24/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma