“TALEYİMİZƏ SAHİB ÇIXMALIYIQ”

eli_ kerimli

Əli Kərimli ikinci devalvasiyanın gətirəcəyi fəlakətləri sadaladı: “İndiki devalvasiya və onun nəticəsində yaranacaq qiymət artımı böhranın hələ ilk mərhələsidır. Qarşıda bizi daha ciddi çətinlklər gözləyir”

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində ikinci devalvasiyadan sonra əhalinin yaşayacağı sosial-iqtisadi çətinliklərdən və vəziyyəti necə dəyişməyin mümkünlüyündən yazıb. Yazını tqədim edirik:

Zərbəni təzə almışıq, cəmiyyət olaraq yaramız istidir, ağrısını hələ tam hiss etmirik. Manatın bir gecədə yarıbayarı qiymətdən düşməsi hamımıza dəyən çox ağır zərbədir. Təkcə xaricdən alınan deyil, ölkəmizdə istehsal olunan malların da, göstərilən xidmətlərin də qiyməti artacaq. Ancaq bu da hamısı deyil. İndiki devalvasiya və onun nəticəsində yaranacaq qiymət artımı daxil olduğumuz sosial-iqtisadi böhranın hələ ilk mərhələsidır. Qarşıda bizi daha ciddi çətinlklər gözləyir. 300 mindən artıq adamın çalışdığı tikinti sektoru, ticarət, kiçik və orta biznes, kənd təsərrüfatı, turizm, hətta dövlət mülkiyyətində olan monopolist şirkətlər belə, bu devalvasiyanın nəticəsində daha da zəifləyib sarsılacaq. Büdcə təşkilatlarının da maliyyələşməsində problemlər yaranacaq. Büdcə təşkilatlarında və özəl sektorda bağlanacaq iş yerlərinin sayı 100 minlərlə hesablanacaq, xeyli bank batacaq, batan banklardakı əmanətlərin xeyli hissəsini də xilas etmək mümkün olmayacaq və s.

Ona görə ki, hökumət ölkəni dalana gətirmiş yarıtmaz idarəçiliyini dəyişmək istəmir. Hər şeyi edirlər ki, millətin bu ağır günlərində də özlərinin, oliqarxiyanın qazancı azalmasın. Monopoliyanı daha da sərtləşdirirlər. Kimin nə ixtiyarı var ki, ölkəyə “icazəsiz”, “haqqını vermədən” mal gətirsin? Korrupsiya pramidası da öz yerindədir. Hüquq-mühafizə orqanlarından təhsilə və səhiyyəyə qədər alıb, yuxarıya ötürmək mexanizmi saat kimi işləyir. Müstəqil məhkəmə hakimiyyəti qurmaq, xüsusi mülkiyyətə təminat vermək, ciddi siyasi və iqtisadi islahatlarla xarici sərmayəni ölkəyə cəlb etmək, sahibkarlığı həqiqətən buxovdan azad edib kiçik və orta biznesi, kənd təsərrüfatını, istehsalatı ucuz və uzunmüddətli kreditlə təmin etmək haqda heç düşünən də yoxdur.

Ona görə belə davam edirlər ki, xalqdan qorxmurlar. İnanırlar ki, 100 nəfərə qədər ictimai-siyasi fəalı həbs etməklə əksəriyyəti qorxudublar. Qorxmayıb, etiraz aksiyalarına gələn 5-10 min insanın etirazından isə çəkinmirlər. Arxayındırlar ki, MTN xəttilə yaydıqları, əllərindəki mətbuat və televiziyalar vasitəsilə tirajladıqları “guya başqası gəlsə, bundan yaxşı olacaq?”, “bizim millətlə heç nə mümkün deyil”, “evimizdə salamat yatırıq, buna da şükr edək” tipli insanların özünə inamını, mübarizə əzmini sarsıdan zəhərli tezislərlə cəmiyyətin əhəmiyyətli hissəsini demorolizə ediblər, siyasətdən, hətta öz taleyini düşünməkdən belə uzaqlaşdırıblar.

Düşdüyümüz böhran çox ağırdır. Bu bəladan asan çıxış yolu da yoxdur. Əlinizdə olan manatla hələ qiyməti qalxmamış məhsulları almaq (yaxşı edirsiniz, buna heç bir etirazım yoxdur) uzaqbaşı 1-2 həftə həyatınızı yüngülləşdirər, aydındır ki, bu çarə deyil. Heç sıralarından bu qədər siyasi məhbus vermiş Milli Şuranın, AXCP-nin toparlanıb 5-10 minlik mitinq keçirməsi də çarə deyil və hökuməti ciddi dəyişikliyə getməyə məcbur etməyəcək. Bu il fevral devalvasiyasından sonra 3 dəfə belə mitinq keçirdik. Xalqın kütləvi şəkildə qoşulmadığını hökumət də gördü və ona görə də növbəti devalvasiya qərarı verməkdən çəkinmədi.

İndi düşünmək lazımdır. İndiyə qədər taleyimizə biganə qalmağımızın səhv olduğunu ilk növbədə özümüzə etiraf etməliyik. Hər yerdə yalanın, hiylənin, yaltağın ağzından vurmaq, düz sözə, doğru əmələ, ədalət uğrunda mübarizəyə dəstək olmaq lazımdır. Milləti bu duruma salmış acgöz və bacarıqsız hakimiyyət haqqında həqiqətləri pıçıldamaq yox, uca səslə danışmaq, zəruri informasiya və bilikləri olmayan soydaşlarımızın da gözünü açmaq lazımdır. Vətəndaş olmaq, öz taleyimiz uğrunda mübarizəyə qoşulmaq, təşkilatlanmaq lazımdır. Özümüzə, millətimizə inanmalıyıq. İnanmalıyıq ki, biz də öz taleymiz uğrunda siyasi mübarizəyə hamılıqla qoşulsaq, kütləvi şəkildə dinc mitinqlərə dəstək versək, hökuməti xalqla hesablaşmağa, siyasi və iqtisadi islahatlara, hətta köklü dəyişikliklərə də sövq edə bilərik. Niyə də yox?

~ tərəfindən Patriot 22/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma