ƏRDOĞAN PUTİNİN CAVABINI COX GÖZLƏTMƏDİ

erdogan

Ərdoğan Putinin cavabını verdi: “Başına dar edərik!”

“Suriyada 400 min məsum, günahsız insan qətlə yetirilib. 12 milyon insan evindən-eşiyindən, yurdundan didərgin düşüb. Amma “müsəlmanam” deyənlər zalımın yanında yer alır, zülmü təşviq edir, “terrorçularla mübarizə aparırıq” deyənlərsə dinc insanları öldürürlər”.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbuldakı Şebi-Arus mərasiminəd çıxış edərkən belə deyib.

“İslama aid sözlər və simvollarla müsəlmanlara qarşı tarixin ən böyük, ən qəddar savaşlarından birini aparan İŞİD kimi təşkilatlar bəhanə edilərək müsəlmanlara zərbə dalınca zərbə vurulur. Yaxınlığımızda yerləşən, Suriyanı bombalayan bir ölkənin əməliyyatlarına baxırıq. Bu ölkənin qırıcı-bombardmançı təyyarələrinin hədəflərinin 10 faizi İŞİD-in mövqeləridir. Yerdə qalan hədəflər arasında türkmən qardaşlarımız da olmaq şərtilə Suriyada diktatura rejiminə qarşı çıxan müxalifətçi qruplardır. Yəni müsəlmanlardır”.

Rusiya prezidenti Vladimir Putinin bu gün “Rossiya 1″ telekanalına verdiyi müsahibəsində dediyi “biz Suriyada terrora qarşı mübarizə aparırıq” açıqlamasına işarə vuran Rəcəb Tayyib Ərdoğan “Lütfən, kimsə kimsəni aldatmağa çalışmasın” söyləyib.

“Suriyada İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə güc mübarizəsi gedir. Bu proseslər at izinin it izinə qarışdığı faciəli oyuna, teatra döndü. Orada hər kəs rol oynayır, hər kəs rol almağa çalışır. Amma ölən insanlar gerçəkdir.

Ölən uşaqlar, körpələr, qadınlar, qocalar gerçəkdir. Viran olan evlər, məscidlər, kilsələr, məktəblər, tarixi əsərlər gerçəkdir. Orada bombalar başqa hesablar üçün atılır.

İŞİD, PKK və YPG eynidir, fərqləri yoxdur. Bilin ki, kimsə ölkəmiz üzərindən əməliyyat apara bilməz. Əks təqdirdə başına dar edərik. Bizimsə kimsənin torpaqlarında gözümüz yoxdur.

Qardaşlarım, unutmayın: hər gecənin bir səhəri olduğu kimi bu çətin günlərin də mütləq bir sonu olacaq”, – Rəcəb Tayyib Ərdoğan deyib.

~ tərəfindən Patriot 20/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma