“OBAMA XƏDİCƏ İSMAYILIN AİLƏSİLƏ GÖRÜŞMƏLİDİR” (FOTOLAR)

Xedice-ismayilova

Dekabrın 16-da ABŞ-ın Helsinki Komissiyasında (Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası) Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı dinləmələr keçirilib

xedice ismayil“Sərhədsiz Reportyorlar” təşkilatının ABŞ ofisinin rəhbəri Delphine Halgand deyib ki, Azərbaycan məhkəmələrində tragikomediya yaşanır, “tragikomediyanın ssenasini isə prezident İlham Əliyev yazır”.

Onun fikrincə, ABŞ hökuməti Azərbaycan hakimiyyətinə sanksiyalar və viza qadağaları qoyulmasını nəzərdən keçirməlidi.
Delphine Hagland düşünür ki, prezident İlham Əliyev öz imicindən çox narahatdır, xüsusən də ABŞ-da. Onun fikrincə, ABŞ Azərbaycan rəhbərliyinə kifayət qədər təzyiq etməyib.

“Əliyev kimin sözünə qulaq asır” sualının cavabında o deyib: “Bilmirəm. Ona indiyəcən yetərincə təzyiq olmayıb deyə bunu demək çətindir. Amma Leyla Yunusun azadlığa buraxılması o deməkdir ki, o, təzyiqə reaksiya verir.”

“Amnesty International – ABŞ”dan T. Kumar hesab edir ki, X.İsmayılın mühakiməsinə diqqət artırılmalıdır və ABŞ-ın Azərbaycandakı səfiri məhkəmə proseslərində şəxsən iştirak etməlidir: “Eləcə də tez-tez siyasi məhbusların ailələrini ziyarət etməlidir”.

Bundan başqa o düşünür ki, ABŞ prezidenti də məsələyə diqqətini artırmalıdır, Barak Obama Xədicə İsmayılın ailə üzvləri ilə görüşməlidir.
Dinləmələrdə səslənən suallardan biri Xədicənin məhbəs həyatı və sağlıq durumu ilə bağlı olub.

T.Kumar deyib ki, Xədicə çox güclü qadındır. Bu sualla bağlı fikrini bildirənlər deyiblər ki, X.İsmayıl jurnalist işini davam etdirməkdə qərarlıdır.
Eyni zamanda X.İsmayılın “nəzarət olmadan anası ilə görüşə bilmədiyi” bildirilib.

Azadlıq Radiosunun vitse-prezidenti Nenad Pejic bildirib ki, Xədicə İsmayılın araşdırmaları jurnalist işi olaraq faktlara söykənir və peşəkarlıqla hazırlanıb: “Xədicə nəyisə səhv yazıbmı? Xeyr, belə fakt yoxdur ki, Xədicənin yazdığı təkzib olunsun.”

***

Dinləmədə Azərbaycandan Milli Şuranın sədri Cəmil Həsənli də iştirak edib və o, fasilə zamanı Helsinki Komissiyasının sədri Kris Smitlə görüşüb.

~ tərəfindən Patriot 17/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma