ÖLKƏDƏN 95 MİLYARD PUL ÇIXARILIB

milyard_dollar azerbaycan

ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri – qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb

Bu siyahıda Azərbaycan 17 –ci sırada dayanır.
Azərbaycandan  çıxarılan məbləğ illər üzrə belə sıralanıb:

2004-cü il. 1 milyard 147 milyon
2005-ci il. 2 milyard 944 milyon
2006.-ci il. 5 milyard 634 milyon
2007-ci il. 20 milyard 816 milyon
2008-ci il. 7 milyard 061 milyon
2009-ci il. 8 milyard 410 milyon
2010-cu il. 7 milyard 860 milyon
2011-ci il. 7 milyard 576 milyon
2012-ci il. 12 milyard 815 milyon
2013-cü il. 14 milyard 736 milyon

Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb.

Siyahıda 148 ölkənin adı var.

95 milyard cixarilibİlk sıralarda isə Çin 139,228 milyard dollarla Rusiya isə 104,977 milyard dollarla başçılıq edir.
2004-2013-ci illər arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ölkələr bu illər ərzində 7.8 trilyon dollar pul itirib. Təkcə 2013-cü ildə inkişaf etmiş və inkişafda olan ölkələrdən 1,1 trilyon dollar qanunsuz yollarla pul çıxarılıb. Qanunsuz sərmayə çıxışları vergidən yayınma, cinayət, korrupsiya və digər qanunsuz fəaliyyət növləri ilə bağlıdır.

Rəqəmlərdən aydın olur ki, Azərbaycan da daxil olmaqla dünyanın əksər dövlətləri qanunsuz fəaliyyətlərin qarşısını ala bilmir.
Qanunsuz çıxarılan pullar ölkələrin iqtisadiyyatına və Ümum Daxili Məhsulun (ÜDM) həcminə kəskin təsir edir. Qanunsuz maliyyə axını ən çox İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ) həyata keçirilir.

“Daxili investisiyanın xaricə getməsi xarici investorların da ölkəmizə marağının azalmasına əsas olur”

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, IEOÖ-də onsuz da qeyri-leqal iqtisadiyyatın xüsusi çəkisi daha çoxdur. Ona görə dünya üzrə qeyri-leqal iqtisadiyyatın xüsusi çəkisi da inkişaf səviyyəsinə görə bu ölkələrin payına düşür: “Qeyri-leqal iqtisadiyyat isə real iqtisadiyyatın həcminin azalması, kriminal qrupların maliyyə kanalı əldə etməsi, terrorizmin təşviq edilməsi kimi imkanlar yaradır. Ona görə iqtisadiyyatda liberal tendensiyaları sürətləndirmək və ticarət münasibətlərinin şəfafflaşdırılması əsas prioritet olmalıdır”.

Bu illər ərzində ölkədən 95 milyard vəsaitin çıxarılmasının iqtisadiyyata vurduğu ziyana gəlincə, M.Talıblı vurğuladı ki, bunun üçün ölkədə əlverişli investisiya iqlimini formalaşdırmaq lazımdır: “Siyasi, iqtisadi, hüquqi və sosial istiqamətlər üzrə təminat sistemi formalaşdırmalıyıq ki, biznes üçün əlverişli şərait formalaşsın. Bu ziddiyyəti aradan qaldırmağın yolu təkcə ölkəyə xarici investisiya cəlb etmək deyil, həm də daxili investisiyanın xaricə axmasını tormozlamaqdır. Daxili investisiyanın xaricə getməsi xarici investorların da ölkəmizə marağının azalmasına əsas olur”.

memmed talibliM.Talıblının sözlərinə görə, əgər həmin araşdırmanın nəticələrinə inansaq, o zaman məlum olacaq ki, az qala neft gəlirlərimizdən xərclədiyimiz qədər ölkədən xaricə vəsait çıxarılıb: “Bu isə o deməkdir ki, investisiyanın kənara axması eyni zamanda həm istehsalın, həm də istehlakın itirilməsi riski ilə üzləşmişik və həmin əlavə dəyəri formalaşdıran ÜDM ”piroqundan” əhəmiyyətli bir payı itirmişik. Nəzərə alsaq ki, ölkəmizin neft-qaz gəlirləri 118 milyard dollarının 83 milyardını xərcləmişiksə, bu o deməkdir ki, həmin məbləğdən də bir az artıq vəsaitin xarici ölkə iqtisadiyyatlarına xidmət etməsinə şərait yaratmışıq”.

M.Talıblı hesab edir ki, əslində, çoxlu sayda iqtisadi vəziyyətləri yaxşılaşdırmağın, o sıradan əlverişli investisiya mühitinin formalaşması üçün ticarət şərtlərini şəffaflaşdırmaq və kölgə iqtisadiyyatının ÜDM-də payının azalmasına nail olmaq gərəkdir: “Bunun üçün isə ticarət münasibətlərinin şəffaflaşdırılması missiyası olan Dünya Ticarət Təşkilatına üzv olmağı tezləşdirməliyik. Ticarət münasibətləri şəffaf olan ölkədə milli investorun gözü açıq iqtisadiyyatı olan digər ölkələrdə qalmaz. Nəticədə mili investor bütün gücü ilə ölkəsində biznes layihələrini həyata keçirmək üçün çalışacaq. Beynəlxalq iqtisadi birliklərdə təmsilçilik həm ölkə, həm də xarici investorlar üçün əsas amil sayılır. Beləliklə, reytinq göstəricilərimizi yaxşılaşdıra bilərik.

~ tərəfindən Patriot 11/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma