MERKEL “İLİN ADAMI” ELAN OLUNDU

merkel

ABŞ-ın “Time” jurnalı Almaniya kansleri Angela Merkeli “İlin adamı” elan etdi

ABŞ-ın nüfuzlu həftəlik jurnalı, – “Time” Merkelin Avropadakı borc böhranı, qaçqın problemi, Rusiyanın Ukraynaya müdaxiləsi kimi mövzularda göstərdiyi liderliyə əsasən bu ada layiq görülüb. Qeyd edək ki, “İlin adamı”nı jurnalın icraçı direktoru özü müəyyənləşdirir.

Əslində, siyahıya Rusiya lideri Vladimir Putin ilə İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr Əl-Bağdadi liderlik edirdi.

Bu şəxslərdən başqa jurnalın namizədləri arasında ABŞ-ın dövlət katibi Con Kerri, İran prezidenti Həsən Ruhani, ABŞ prezidentliyinə namizəd Donald Tramp, Türkiyə sahillərində həlak olmuş Suriyalı 3 yaşlı Aylan Kurdinin də adları olub.

Ötən il “Time” jurnalı Hindistanın baş naziri Narendra Modini, 2013-cü ildə isə Roma papası Fransiski “ilin adamı elan edib.

“İlin adamı” “Time” jurnalının ənənəvi mükafatıdır. Jurnal hər il sonuncu nömrəsində “İlin adamı”nı elan edir. “İlin adamı” nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanı okeanı üzərindən ilk dəfə uçuş həyata keçirən pilot Çarlz Lindberq layiq görülüb

~ tərəfindən Patriot 10/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma