LEYLA YUNUS AZADLIĞA BURAXILDI (FOTOLAR)

leyla yunus

Yunuslara verilmiş həbsn cəzası şərti hesab olundu onların müsadirə edilmiş evi geri qaytarıldı

Hüquq müdafiəçisi məhkəmədən əzizlərinin ziyarətinə yollandı

Ötən ilin iyulundan həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus dünən azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həm ona, həm də həyat yoldaşı Arif Yunusa münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunusa verilmiş 8 il 6 aylıq, Arif Yunusun da 7 illik həbs cəzası 5 il sınaq müddəti müəyyənləşdirilməklə, şərti hesab olunub.

Məhkəmənin qərarı elan olunmamışdan əvvəl isə Leyla və Arif Yunusların müdafiəçiləri çıxış edib.

leyla yunus_azadliqdaLeyla Yunusun vəkili Ramiz Məmmədov bildirib ki, müvəkkilinə qarşı CM–nin 320-ci (saxta sənədlərdən istifadə 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq) maddələrilə ittihamlar irəli sürülsə də, onun əməlində bu cinayətlərin tərkibi yoxdur: “Ən əsası, bu ittihamlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Leyla Yunusa CM–nin 178-ci (dələduzluq) maddəsilə verilən ittihama gəlincə, ərin öz arvadının və yaxud da əksinə, arvadın öz ərinin hesabına pul köçürməsinin heç kimə dəxli yoxdur“.

Leyla Yunusa bəraət verilməsini istəyən vəkil eyni zamanda, məhkəmədən onun səhhətindəki problemlərin də nəzərə alınmasını istəyib: “Leyla Yunusun bədənində elə bir orqan yoxdur ki, sıradan çıxmasın. Onun psixoloji durumunda da problemlər yaranıb. Xahiş edirəm, bütün bunları nəzərə alasınız“.

Leyla Yunusun digər vəkili Elçin Qəmbərov da müvəkkilinin əməlində cinayət tərkibi olmadığını vurğulayaraq, ona verilməsini xahiş edib.
Arif Yunusun vəkili Əfqan Məmmədov da eyni xahişlə çıxış edib: “Arif Yunusun əməlində cinayət tərkibi olmadığına görə, ona qarşı ittihamlara xitam verilməlidir. Bir bank hesabından başqa hesaba pul köçürmək cinayət hesab oluna bilməz. Xahiş edirəm, hüququn aliliyini rəhbər tutaraq, aşağı instansiyaların bu işdə yol verdikləri nöqsanları aradan qaldırasınız. Arif Yunusa bəraət verilməsini və üzərinə həbs qoyulmuş əmlakının geri qaytarılmasını xahiş edirəm“.

Vəkillərdən sonra Arif Yunus çıxış edərək, müdafiəçilərin səsləndirdikləri fikirlərlə razı olduğunu bildirib: “Bizim günahımız yoxdur. Ona görə də ittihamlarla razı deyilik. Bir də xanımın vəziyyətini nəzərə almağınızı istəyirəm. Onun vəziyyəti çox pisdir“.
Daha sonra Leyla Yunusa söz verilsə də, onun çıxışı yarımçıq kəsilib: “Doktor Jvaqa deyirdi ki, insan həyatı düşərgə tozudur. Onlar məni də düşərgə tozuna döndərdilər…”

Bu zaman Leyla Yunusun olduğu şüşə kabinədəki mikrofon söndürülüb və onun səsi zalda eşidilməz olub. Bunu görən hüquq müdafiəçisi çıxışını dayandırıb.

Bundan sonra Vüqar Məmmədovun sədrlik etdiyi, Əmir Bayramov və Əflatun Qasımovdan ibarət hakimlər kollegiyası müşavirəyə gedib. Təxminən beş dəqiqə çəkən müşavirədən sonra hakim Vüqar Məmmədov qərarı elan edərək bildirib ki, Leyla və Arif Yunusların yaşı, səhhətindəki problemlər nəzərə alınaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin onlar barəsində 13 avqust 2014-cü il tarixli hökmü dəyişdirilib. CM–nin 320-ci maddəsi üzrə cəlbetmə müddəti keçdiyi üçün həmin ittihama xitam verilib. Yunuslara verilmiş 8 il 6 ay və 7 illik həbs cəzası isə şərti hesab olunub. Bundan başqa, Hizami küçəsi 53 ünvanında yerləşən və Yunusların qızının adına olan evin müsadirə olunması barədə qərar da ləğv olunub.

Qərardan sonra media nümayəndələri uzun müddət məhkəmənin qarşısında Leyla Yunusun çıxmasını gözləsələr də, sonradan məlum olub ki, o, arxa qapıdan çıxarılaraq aparılıb. Leyla Yunus məhkəmədən birbaşa qəbiristanlığa gedib və babasının məzarını ziyarət edib.
“Arif mənə evlilik təklif edəndə də onu babamın məzarına aparmışdım. İndi də azadlığa çıxandan sonra onunla birlikdə nənəmin və babamın məzarını ziyarət etdik“, – deyə Leyla Yunus jurnalistlərə açıqlamasında bildirib.

Leyla Yunusun jurnalistlərlə söhbəti qısa olub: “Özünüzü necə hiss edirsiniz?” sualının cavabında o, “Mən məhkəmədə də dedim, özümü “düşərgə tozu” kimi hiss edirəm…”

Qeyd edək ki, “düşərgə tozu” ifadəsi sovet dövründə yaranıb. Stalin repressiyaları zamanı rejimin repressiyalarına məruz qalaraq, düşərgələrə salınan şəxslər barədə işlənirdi.

Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 29-da, Arif Yunus isə avqustun 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Bu ilin noyabrında Bakı Apellyasiya Məhkəməsi Arif Yunusun səhhətindəki problemləri nəzərə alaraq, onun barəsində həbs–qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam tədbirilə əvəz etmişdi.

~ tərəfindən Patriot 10/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma