CƏMİL HƏSƏNLİ BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLDÜ

cemil-hesenli-mukafat

Vaşinqtonda Cəmil Həsənliyə beynəlxalq demokratiya mükafatı təqdim olundu

ABŞ-da yerləşən Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi görkəmli Azərbaycan tarixçisi və Milli Şuranın rəhbəri Cəmil Həsənlini 2015 İon Ratiu Demokratiya Mükafatının qalibi elan edib.

Dekabrın 8-də Vaşinqtonda mükafat Cəmil Həsənliyə təqdim edilibb. Mükafatın təqdim olunma mərasimindən öncə isə Vilson mərkəzində “Çağdaş Azərbaycanın Üzləşdiyi Siyasi Sınaqlar” başlıqlı tədbir keçirilib. İki forumdan ibarət bu tədbirdə ABŞ-ın Azərbaycandakı sabiq səfirləri Riçard Kazlariç və Riçard Morninqstar, Kennan İnstitununn əməkdaşı, ABŞ-ın Gürcüstandakı sabiq səfiri Kennet Yalovitz, Corctaun Universitetinin Avropa, Rusiya və Avrasiya İnstitunun direktoru Kori Velt, Massaçusets Universitetinin tarix professoru Odri Alştadt və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.

cemil hesenli mukafatSabiq ABŞ səfiri Morninqstar ABŞ-Azərbaycan münasibətlərindən söz açaraq, bu iki ölkənin ortaq strateji maraqlarının olduğunu, lakin strateji əməkdaşlıq üçün onların ortaq dəyərləri paylaşmalı olduqlarlnı vurğuladı. Onun sözlərinə görə isə, müstəqil səsləri boğaraq, insan haqları və demokratiya sahəsində geri addımlar ataraq ABŞ və Azərbaycan arasında strateji əməkdaşlığın əldə olunması mümkün deyil.

“Azərbaycan höküməti anlamalıdır ki, onların atdıqları addımlar lüzumsuzdur və bu, iki ölkə arasında belə bir çətin vəziyyət yaradıb.”
Cənab Morniqstar son zamanlar Rusiya və Türkiyə arasındakı böhrana toxunaraq, Azərbaycanın bu vəziyyətdə çox diqqətli olmasını tövsiyə etdi. O, Azərbaycanın hələlik neytral rol sərgilədiyini qeyd etsə də, höküməti Rusiyanın niyyətindən xəbərdar olmağa çağırdı.

Cənab Kazlariç çıxışına Leyla Yunusun azadlğa buraxılmasına çağırışla başlayaraq, həbs olunnan siyasi məhbusların azadlığa buraxılmalı olduğunu vurğuladı. Sabiq səfir habelə həbslərdə əli olan Azərbaycan rəsmilərinə qarşı səyahət sanskiyaları tətbiq edilməsinə səslədi.
O, hazırda Azərbaycanda dörd başlıca cərəyanın müşahidə olunduğunu söylədi.  Bu məsələlərə Azərbaycanın gələcəyini müzakirə edən müstəqil düşüncəli insanların həbs olunması, ölkədə korrupsiyanın dərinləşməsi, neft qiymətinin düşməsi ki, bunun onun fikrincə Azərbaycan iqtisadiyyatına böyük təsiri olacaq və nəhayət radikal islaım artması daxildir. Onun sözlərinə görə, təhsilin aşağı səviyyədə olması, social xidmətlərin olmaması və müxalif düşüncəli insnaların həbsi dini ekstremizmi dərinləşdirir.  Cənab Kazlariç də səfir Morniqstar kimi ortaq dəyərlər olmadan ABŞ və Azərbaycanın strateji əməkdaşlıq qura bilməyəcəyini vurğuladı.

Kennet Yalovitz Heydər Əliyevin hakimiyyəti dövründən fərqli olaraq hazırda vəziyyətin daha da pisləşdiyini qeyd etdi. Onun sözlərinə görə, o zamanlar Azərbaycan balanslı xarici siyasət aparırdısa, hazırda ölkə daxilində baş verən hadisələr Azərbaycanın Qərbdən uzaqlaşmasına səbəb olub.

Panel iştirakçıları Dağlıq Qarabağ məsələsinə də toxundular. Sabiq səfir Kazlariç Konqresin Azərbaycana birbaşa yardımı qadağan edən 907 saylı düzəlişin ləğv edilməsinə çağırdı, eyni zamanda Azərbaycan rəhbərliyini məsuliyyətli olmağa səslədi.  “Azərbaycan bizdən onların mövqelərini dəstəkləməmizi istəyir. Amma biz vasitəçiyik. Biz tərəf tutmuruq, biz münaqişənin həll olunması üçün tərəflər arasında dialoq yaratmağa vasitəçilik edirik.

Yalovitz isə Azərbaycan və Ermənistanın dialoqa açıq olmayaraq və qarşı tərəfi düşmən kimi təqdim edərək münaqişənin həllinin qarşısını aldığını qeyd etdi.

Tədbir daha sonra Cəmil Həsənlinin çıxışı ilə davam etdi.

Açılış çıxışını edən Massaçusets Universitetinin tarix professoru Odri Alştadt Azərbaycanın demokratiyadan uzaqlaşdığını dedi. O, Cəmil Həsənlinin müstəqillik hərəkatının önündə gedən şəxsiyyətlərdən biri olduğunu və demokratiya uğrunda mübarizəsində bir sıra ağır bədəllər ödədiyini qeyd etdi. Xanım Alştadt bu mükafatın Cəmil Həsənliyə təqdim olunmasını Azərbaycanda demokratik qüvvələrə dəstək mesajı kimi qiymətləndirdi.
Cənab Həsənli Azəbaycanın digər post-sovet məkanının dövlətləri kimi bir sıra problemlərlə üzləşdiyini. O, bu problemlərin fonunda hakimiyyəti anlamağa çalışdığını, amma bunun mümkün olmadığını dedi. Müxalifət lideri qeyd etdi ki, Azərbaycan müstəqil olanda onlar sadəlövhcəsinə müstəqilliklə bərabər azadlığın da gələcəyini düşünürdülər, amma təcrübə göstərdi ki, azadlıq üçün ayrıca mübarizə aparılmalıdır.

ABŞ-Azərbaycan münasibətləri məsələsinə toxunan cənab Cəmil Həsənli strateji baxımdan Azərbaycanın Qərblə yaxın münasibətlərə məhkum olduğunu önə çəkdi.  Azərbaycanla münasibətlərin Amerikanın da maraqlarına xidmət etdiyini vurğulayan cənab Həsənli eyni zamanda ABŞ-ın da öz dəyərlərindən vaz keçməməli olduğunu söylədi. Onun sözlərinə görə hazırkı Azərbaycan hökumət kriminal mahiyyət daşıyır.  Siyasi elitanın korrupsiyaya bulaşdığı, siyasi məhbusların sayı artmaqda davam etdiyi və seçkilər saxtalaşdırıldığı üçün Azərbaycan ABŞ-la ortaq dəyərləri paylaşmır və belə bir halda münasibətlərin bərpa olunması da imkansızdır. Bundan əlavə, daim rəsmi efirdən anti-Qərb ritorikası püskürdən və Qərb təmayüllü fəalları və jurnalistləri həbs etmiş Azərbaycan höküməti bu münasibətlərin bərpasında maraqlı da görünmür.

“Hakimiyyət öz xalqına hörmətlə yanaşmır. Bu halda hansı eyni dəyərlərdən danışmaq olar?”

Cəmil Həsənli Qərbin bağlı qapılar arxasında apardığı məxfi müdafiələrin nə həbsdə olan fəallara nə də Azərbaycan cəmiyyətinə heç bir köməyinin dəymədiyini bildirdi və o, Qərb siyasətçilərini hüquq müdafiə səylərini açıq şəkildə sərgiləməyə çağırdı.
Neftlə bağlı məsələdən də söz açan Cəmil Həsənli neft gəlirinin Azərbaycan cəmiyyətinə heç bir müsbət təsirinin olmadığını qeyd etdi. Onun sözlərinə görə, gözləntilərin əksinə neft gəliri artdıqca, yoxsulluq da artıb.

“Neft pulunun fonunda formalaşan avtoritarizm Azərbaycanda demokratiyanın son görüntülərinin də sonuna çıxdı.”
Tədbir İon Ratiu mükafatının Cəmil Həsənliyə təqdimat mərasimi ilə başa çatdı.

Mükafatı təqdim edən Nikolae Ratiu atası və Ruminiya siyasətçisi olmuç Ion Ratiu ilə Cəmil Həsənli arasında bir sıra oxşarlıqların olduğunu qeyd etdi.  Atasının 1990-cı ildə nəticələri saxtalaşdırılmış seçkilərdə məğlub olduğunu deyən Nikolae Ratiu Rumıniyanın demokratiyaya gedən keşməkeşli yolu və bu yolda atasının oynadığı roldan söz açdı.  “Atamı görən hər kəs ona səs verdiyini deyirdi, amma nədənsə rəsmi nəticələrə görə atam yalnız dörd faiz toplamağa nail olmuşdu.” O vaxt da Rumıniyada demokratiyanın önəmini hansısa geostrateji maraqlara qurban vermək cəhdlərinin olduğunu deyən Nikolae Ratiu Cəmil Həsənlinin Azərbaycanda demokratiya uğrunda göstərdiyi fədakarlıqdan duyğulandığını və Milli Şura sədrinə fondun demokratiya mükafatını təqdim etməkdən şərəf duyduğunu bildirdi.

“Amerikanın səsi”

~ tərəfindən Patriot 10/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma