AXCP BƏYANAT YAYDI

axcp

“Xalqın azadlıq və rifahı üçün çalışanlara qarşı yürüdülən bu siyasət onun icraçılarını bədnam etməkdən savayı heç nə ilə yekunlaşmayacaq”

“Bu həbs dövlətin öz vətəndaşına, leqal təşkilatına qarşı kobud qanunsuzluğudur”

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının həbsi ilə bağlı partiya adından bəyanat verilib. Bəyanatda deyilir.

Avtoritar rejim ötən gün daha bir AXCP funksionerinə – sədr müavini Fuad Qəhrəmanlıya cinayət işi açaraq onu həbs edib. Rejimin mahiyyətini başa düşən hər kəs bu həbsi təbii qarşılayıb, lakin hakimiyyətin bu qanunsuz, özbaşına hərəkəti eyni zamanda hiddət doğurub.

AXCP Fuad Qəhrəmanlıya qarşı irəli sürülən ittihamları tamamilə qurama və əsassız hesab edir, onun təqsirsizliyinə əminliyini ifadə edir. Bu əminlik heç də partiya təəssübkeşliyindən doğmur. Fuad Qəhrəmanlını tanıyanlara, onun fəaliyyəti, eləcə də AXCP-nin amalları barədə məlumatı olanlara aydındır ki, zorakılıq, terror və bu kimi əməllər bizim siyasi mübarizəmizdə heç zaman alət olmayıb, əksinə, AXCP uzun illərdir məhz bu cür davranışın qurbanı olan təşkilatdır.

Fuad Qəhrəmanlı hələ yeniyetmə yaşlarından siyasi mübarizəyə qoşulan, öz fəaliyyətində daim qanunun aliliyini, ədaləti, demokratiyanı əsas götürən prinsipal, intellektual ictimai-siyasi xadimdir. Ata və oğul Əliyevlərin hər ikisinin hakimiyyəti zamanı dəfələrlə təzyiqlərə tuş gəlsə də, iki dəfə şərlənərək həbs olunsa da, əqidəsindən dönməyib, azadlıq və demokratiya prinsiplərinə sadiq qalıb. Bu gün baş prokurorluğun yaydığı açıqlamadan da bir daha aydın olur ki, bu həbs tamamilə siyasi sifarişin nəticəsidir. Fuad Qəhrəmanlının nə real, nə virtual fəaliyyətində qanuna zidd heç nə yoxdur. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti onu yaxalayan iqtisadi-siyasi böhrandan diqqəti yayındırmaq, cəmiyyəti xofda saxlamaq üçün ölkənin avanqard qüvvələrinə qarşı qeyri-adekvat və zorakı addımlar atır.

AXCP Fuad Qəhrəmanlının həbsini dövlətin öz vətəndaşına, leqal təşkilatına qarşı kobud qanunsuzluğu kimi qiymətləndirir və bəyan edir ki, cəmiyyətin ləyaqətli insanlarına, xalqın azadlıq və rifahı üçün çalışanlara qarşı yürüdülən bu siyasət onun icraçılarını bədnam etməkdən savayı heç nə ilə yekunlaşmayacaq. AXCP Fuad Qəhrəmanlının və digər siyasi məhbuslarının azadlığa buraxılmasını tələb edir və ictimaiyyəti repressiyalara qarşı laqeyd qalmamağa səsləyir.

~ tərəfindən Patriot 10/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma