“RUSİYA DAHA AĞIR ƏVƏZ ÖDƏYƏCƏK”
Ukraynanın paytaxtı Kiyevdə rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanı hədələyib
Bayden Rusiyanın Minsk müqaviləsinin şərtlərinə əməl etməyərək Şərqi Ukraynadakı qarşıdurmaları davam etdirəcəyi təqdirdə, bu zamana qədər ödədiyindən daha ağır əvəz ödəyəcəyini bildirib.
Ukraynanın müasir hüquq dövlətə çevrilməsinə istiqamətli islahatların bir qisminin reallaşdırıldığını bildirən Bayden bunun davam etəməsinin və sonlandırılmasının vacib olduğunu bildirib. Ukraynanın qarşıdakı ildə islahatlara fokuslanmasının lazım olduğunu bildirən Bayden, bunun Ukrayna üçün həyati əhəmiyyət kəsb etdiyini deyib. ABŞ rəsmisi islahatların olmayacağı təqdirdə, Ukrayna üçün ağır nəticələr doğuracağını bildirib.