40-a YAXIN DÖYÜŞ GƏMİSİ ARALIQ DƏNİZİNDƏ

herbi-deniz

12 ölkə, 40 gəmi – Müharibə hən an başlaya bilər

Şərqi Aralıq dənizi Rusiyanın Suriya münaqişələrinə qoşulması ilə 12 ölkənin döyüş gəmilərinin əzələ nümayiş etdirdiyi bölgəyə çevrilib.
“Milliyət” qəzetinə istinadən xəbərə görə aralarında Türkiyənin də olduğu 12 ölkənin Şərqi Aralıq dənizində ümumilikdə 40-a yaxın döyüş gəmisi var.

Rusiya hazırda 13 hərbi gəmisi ilə bölgədə ən böyük gücə malikdir. ABŞ-ın “USS Roosevelt” və “USS Donald Cook” gəmiləri də daxil olmaqla 9 gəmisi döyüş vəziyyətinə gətirilib. NATO-nun üzvü olan Fransa Şərqi Aralıq dənizinə “Şarl de Qoll” təyyarə gəmisi, 2 freqat və bir sualtı gəmi göndərib. Dənizdə həmçinin İtaliyanın 2 (1 freqat və 1 sualtı gəmi), İngiltərə, Kanada, İspaniya, Belçika, Portuqaliya, Yunanıstan və Hollandiya da döyüş gəmiləri ilə NATO cəbhəsində yer alıb.

Türkiyənin isə uzunmənzilli raket sistemlərinə malik 138 metr uzunluğundakı “TCG Gökçeada” freqatı, yüksək sürətli TCG hücum gəmisi və donanmanın ən müasir sualtı gəmisi olan “TCG Burakreis” mümkün qarşıdurmaya hazırdır.

~ tərəfindən Patriot 09/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma