ÜZÜQARA DƏNİZ… (FOTOLAR)

denize qerenfil yagısi

Dənizə qərənfil yağışı; Bakı neftçilərinə belə ağlayır

üzüqara denizBakı sakinləri Günəşli yatağının 10-cu platformasında baş verən yanğında itkin düşən neftçilərin xatirəsini dəniz kənarı parkda qərənfillərlə yad edib. Sakinlər sahil boyu qərənfillər və neftçi dəbilqələri qoyub, dənizə güllər atıblar.

Bakıda “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşən 29 nəfər vətəndaşımızın xatirəsi anılıb.
Dünən saat 12:00-dan etibarən Bakı Bulvarı, Saat Qülləsində toplanaraq bütün dənizkənarı ərazidən Xəzər dənizinə qərənfillər atıblar, onlar dünyasını dəyişən həmvətənlərimizi yad ediblər.

Hadisə yerindən lentə alınan görüntüləri təqdim edirik.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

~ tərəfindən Patriot 08/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma