İTKİN DÜŞƏN 29 NƏFƏR HƏLƏ DƏ TAPILMAYIB (VİDEO)

gunesli_yangin_rovneg

Yanğın davam edir; İtkin düşənlər tapılmır; SOCAR prezidenti hadisə yerində

“Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb”.

Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
“Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi, helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar” – deyə B. Ağarəhimov bildirib.

O, qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.

“Yanğın baş vermiş 10-cu özülün müəyyən hissəsinə dizel generatoru vasitəsilə işıq vermək mümkün olub. Yanğının söndürülməsi işləri artıq platformanın üzərindən də həyata keçirilir ki, bu da yanğının söndürülməsini asanlaşdırır. Platformanın üzərindən su şırnaqları vasitəsilə birbaşa yanğın nöqtəsinə su vurmaq mümkün olub. Sabahdan etibarən yanğınla bağlı yaradılan qərərgahın platformanın üzərinə köçürülməsi nəzərdə tutulur. Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar”, deyə Balamirzə Əlirəhimov bildirib.
***
SOCAR prezidenti Rövnəq Abdullayev hazırda “Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş yanğın zamanı itkin düşən neftçilərin axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi ərazidədir. Şirkətdən bildiriblər ki, R.Abdullayev axtarış tədbirlərinə nəzarət edir və tədbir başa çatana qədər orada qalmaq niyyətindədir.
***
Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza ilə bağlı son vəziyyətin video görüntülərini yayıb. Görüntülərdə yanğının söndürülməsi istiqamətində aparılan işlər müşahidə olunur.
***
“Bütün cəhdlərə baxmayaraq, əfsuslar olsun ki, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq tapmaq mümkün olmayıb”.

Bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Bir müddət öncə dənizdə olan qərargahımızla danışdım. SOCAR-ın prezidenti Rövnəq Abdullayev özü də qərargahdadır. Əsas xilasetmə işləri ilə Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ərazidə işləyən bütün gəmiləri məşğuldur. Dənizin üzərində gödəkçələr tapılıb. Xilasedicilər həmin əşyaları götürdü. Bununla yanaşı, suyun üzərində xilasetmə qayığının sınan bir hissəsi aşkarlanıb. Əfsuslar olsun ki, itkin düşən əməkdaşlamızdan tapılan olmayıb”, – deyə X. Məmmədov bildirib.
O əlavə edib ki, platformadakı yanğın söndürülüb, lakin qaz quyusundakı yanğını söndürmək mümkün olmayıb: “Bilirsiniz ki, bizim əməkdaşlarımız artıq özülün üzərinə qalxa bilib. Qiymətləndirmə işləri aparılıb, müvafiq işlər görülüb”.

Onun sözlərinə görə, axtarış tədbirləri davam edir.

X. Məmmədov qeyd edib ki, yanğından sonra təxliyyə olunan 8 nəfər xəstəxanadadır, 22-si isə xəstəxanadan buraxılıb: “Buraxılan 1 nəfər geri qayıdıb. Səhhətində problem yaranıb. Ümumən, həkimlər xəstələrin səhhətini normal qiymətləndirir. Hesab edirik ki, yaxın müddət ərzində digər zərərçəkənlər də evlərinə buraxılacaq”


~ tərəfindən Patriot 07/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: